Adamiya: «Azərbaycan millisində oynamağı fikirləşmirəm»
Adamiyanın hələ “Neftçi”də oynadığı vaxtda milliləşdirilərək, yığmamıza cəlb olunması gündəmdə idi. Ancaq ölkəsinin gənclər komandasında rəsmi görüşdə iştirak etdiyindən, keçmiş və hazırkı AFFA rəhbərliyi məsələni həll etmək üçün FİFA-nın qapısın döyməyə ehtiyac duymayıb. O, istər «Bakı»da forma geyinəndə, istərsə də «Qarabağ»a keçəndə bir neçə dəfə federasiyaya açıq mesaj göndərib, amma çağırışlarına yenə əhəmiyyət verilməyib. Bildiyimizə görə, millimizin bir neçə üzvü Georgiyə dəvət göndərməsi üçün Berti Foqtsu dilə tutub. Onlar gürcünün 7 ildir ölkəmizdə çıxış etdiyini və Azərbaycan vətəndaşlığını almağa hazır olduğunu deyərək, Fabio Luis Ramim, Branimir Subaşiç, Ernani Pereyra, Daniel Axtyamov, Vladimir Levin kimi legionerlərdənsə, yalnız onun yığmada oynamasını istədliklərini söyləyiblər. Almaniyalı baş məşqçi Adamiyanı dəfələrlə iş başında izlədiyini, oyununu bəyəndiyini və bu haqda düşünəcəyini bildirsə də, ondan xəbər çıxmayıb.
Bəs səbəbkar indi nə fikirləşir, iki ölkə arasında seçim edəcəkmi? Bu sualı ona ünvanladıq, məlum oldu ki, o, hələ də Gürcüstan millisinin formasını geyinməsinə ümidini itirməyib: «Maydan bəri komanda bir neçə oyun keçirsə də, Ketsbaya mənə dəvət göndərməyib. Mənə demişdi ki, bizə lazımsan, səni yenə çağıracam. Avropa çempionatının seçmə mərhələsi başa çatmayıb, qarşıda hələ yoxlama görüşləri də var. İnanıram ki, tezliklə o formanı geyinəcəm. Özüm də istəyirəm ki, Gürcüstanın şərəfini qoruyum. Millinin son vaxtlar uduzmasına və az qol vurmasına münasibət bildirmək istəməzdim. Orda olmadığım üçün komandanın problemlərini dəqiq bilmirəm. Altı ildən çoxdur ki, ölkənizdə çıxış edirəm. İndiyədək dəfələrlə söhbətim düşüb ki, Azərbaycan millisinin şərəfini qoruyum. AFFA-dan rəsmi təklif gəlməyib, mən də ciddi düşünməmişəm. Bu gün də o fikirdəyəm ki, bütün diqqətimi Gürcüstan millisinə yönəltməliyəm. Azərbaycanın yaxşı gənc istedadlı futbolçuları var. Mən onların yolunu kəsmək istəmirəm. Məncə, hansı ölkəni seçməyimdən indi ciddi danışmağa dəyməz. Olmayan şeydən nə danışım axı? Başımı yormağa həvəsim qalmayıb. Gürcüstan millisində çıxış etməyə hazıram».
|
||||||
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |