Lənkəran klubundan 4 oyun 4 qələbə
Geridə qalan həftə “Xəzər Lənkəran”ın aşağı yaş qrupları üçün növbəti uğurlu həftə kimi yaddaşda qaldı. Ölkə çempionatında çıxış edən 4 qrupun hər biri qələbə qazana bildi.
Stadium.az klubun rəsmi saytına istinadən xəbər verir ki, bazar ertəsi Ağadadaş Həmidovun rəhbərlik etdiyi U-17 komandası “Bakı”nı qəbul etdi. Matçın başlanğıcında komandalar az qala hər fürsəti qola çevirmək qərarına gəlmişdilər – ik 10 dəqiqədə artıq 2:2 hesabı qeydə alınmışdı. Yekun nəticədə komanda hesabda önə keçib üstünlüyü sona qədər qoruya bildi – 4:3. Komandanın heyətində Xəqani Sadıqov dubl etdi, Nurlan Fərəcli və İlqar Gürşadlı hərəyə bir qol vurdu. Qeyd edək ki, Xəqani və Nurlan U-16 qrupunun futbolçularıdır.
Növbəti gün isə qələbə seriyasının davam etmək məqsədilə U-15 komandası “Neftçi” İK İB komandası ilə oyuna çıxdı. Qarşılaşma komandanın 4:0 hesablı qələbəsi ilə yekunlaşdı.Tural Bayramovun iki dəfə fərqləndiyi oyunda həmçinin Qədir Həsənov və Əliağa Məmmədov rəqib qapısına yol tapdılar. Beləliklə, 8 oyuna 8 qələbə və 0 buraxılan topla “Xəzər Lənkəran” U-15 liqasında zirvədə gedən üç komandadan biridir.
U-16 komandası bu həftə səfərə çıxan yeganə qrup oldu. Rəqib turnir cədvəlinin qonşu pilləsində qərarlaşan “Fortuna-Səbail” komandası idi. Maraqlı keçən matç komandanın 3:1 hesablı qələbəsi ilə yekunlaşdı. Qolların müəllifləri: Elməddin Əsədullayev, Murad Məmmədov və iki gün öncə U-15 komandasının heyətində dubl edənTural Bayramov.
Hafiz Əliyevin baş məşqçisi olduğu U-19 isə evdə “İnter”lə qarşılaşdı. Oyun komandanın 3:0 hesablı qələbəsi ilə başa çatdı. Bu oyunda Kənan Sadıqov dubl etdi, digər qolu isə Fərid Ağazadə vurdu.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |