Tahir Süleymanov: “Neftçi”nin sadiq azarkeşləri yağış altında əziyyət çəkirlər, ancaq komandanı bu günə qoyanlar SkyBoxda yeyib-içir"
Cari mövsüm uğursuz çıxışları ilə yadda qalan“Neftçi”nin ötən gün öz meydanında Premyer Liqanın autsayderi “Rəvan”a uduzması komandanın nə dərəcədə acınanacaqlı durumda olduğunu göstərdi. Klubun sabiq vitse-prezidenti Tahir Süleymanov "Neftçi”yə qarşı sərt ittihamlar səsləndirməklə yanaşı vəziyyətdən çıxış yolları haqda da danışıb:
“Ən pessimist “Neftçi” azarkeşi də bu durumu gözləməzdi. Çox təəssüf ki, komanda 2-3 il bundan öncə tarix yazmaqda davam edirdisə, indi anti-rekordlarla yadda qalır. Təsəvvür edin ki, “Rəvan” çempionatda ilk qələbəsini “Neftçi” üzərində qazandı. Durum çox kritikdir.
“ELNUR MƏMMƏDOV “BATIR” ADLI BİR KOMANDA YARATSIN”
Mətbuatdan oxuyuram ki, “Neftçi”nin icraçı direktoru Elnur Məmmədov havadarlarının dəstəyi və UEFA Asiya Futbol Federasiyasının xətti ilə Tacikistana klub idarəçəliyi ilə bağlı bir mühazirə oxumağa gedəcək. Maraqlıdır ki, o mühazirənin adı nə olacaq? Yəqin “Neftçi” kimi bir klubu qısa müddətdə necə dağıtmağın yollarını izah edəcək. Orta Asiya ölkələrinin həqiqətən futbol biliklərinə ehtiyacı var. Elnur Məmmədov bir az da o yana gedib, Monqolustanın paytaxtı Ulan BatordA “Batır” adlı bir komanda yaratsın. Bu ad “Neftçi”nin indiki vəziyyətinə uyğun olar. Onsuz da “Neftçi” də batır.
Acınacaqlı bir durumdur. Dünən oyundan sonra Çingiz Abdullayevin çox pərişan olduğunu gördüm. Bu, heç də ürəkaçan durum deyil. Onun mənəvi baxımdan necə sıxıntı keçirdiyini vizual olaraq hiss etdim. Amma faktiki olaraq “Neftçi”ni Müşahidə Şurası yox, Elnur Məmmədov idarə edir.
“SADİQ AZARKEŞLƏR YAĞIŞ ALTDA ƏZİYYƏT ÇƏKİR, ANCAQ KOMANDANI BU GÜNƏ QOYANLAR SKYBOXDA YEYİB-İÇİR”
T.Süleymanov hazırkı klub rəhbərliyinin istefa verməli olduğunu deyib: “Özlərinə bir faiz də olsa hörmət qoyurlarsa, dünənki oyundan sonra tam tərkibdə azarkeşlərdən və futbol ictimaiyyətindən üzr istəyib istefa verməliydilər. Əgər getmək istəmirlərsə, yəqin tribunadan o sözləri eşitmək onlara xoşdur. “Neftçi”nin sadiq azarkeşləri yağış altında əziyyət çəkirlər, ancaq komandanı bu günə qoyanlar SkyBoxda yeyib-içir. Yaxşı olardı ki, futboldan anlayışı olmayan insanlar gedib öz işləri ilə məşğul olsunlar. Futbol onlarlıq deyil.
Sonda qeyd etmək istəyirəm ki, əgər “Neftçi” rəhbərliyinin getmək fikri yoxdursa, tam heyət qurmaq üçün Gedeni də komandaya dəvət etsinlər. Ona qarşı hörmətsizlik etməsinlər. Onda hər kəs bir-birini tamamlayacaq. Axı Gede də bir vaxtlar “Neftçi”ni bu günə qoymuşdu”. (qol.az)
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |