2934 gündən sonra gələn qalibiyyət
Premyer Liqanın XIII turunda baş tutan “Böyük oyun”da 2:0 hesabı ilə qalib gələn “Neftçi” “Xəzər Lənkəran”la səfər oyunlarındakı qələbəsiz oyunlar seriyasına son qoyub.
Stadium.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, “Böyük oyun”ların tarixi ərzində 2 dəfə rəqib meydanında qalib gələn paytaxt təmsilçisi sonuncu dəfə 2007-ci ildə Lənkəranda 3 xala sevinmişdi. 8 il 12 gün əvvəl noyabrın 10-da qələbə qazanan bakılılar çempionat oyununda 1:0 hesabına sevinmişdi. 2934 gündən sonra “Xəzər Lənkəran”ın meydanında qalib gələn “Neftçi” bu müddətdə 12-si çempionat, 1-i kubokda olmaqla, 13 səfərdən qələbəsiz ayrılmışdı. Bu 13 qarşılaşmadan 5-də meydan sahibləri qələbə qazanmışdısa, 8-də heç-heçə qeydə alınmışdı.
İndiyədək rəqib meydanında qazandığı hər iki qələbəsi Lənkəran Olimpiya Kompleksinə təsadüf edən “Neftçi” ilk dəfə “Xəzər Lənkəran” mərkəzi stadionunda 3 xal əldə edib. “Ağ-qaralar” həm 2007-ci il noyabrın 10-da, həm də 2005-ci dekabrın 18-də Lənkəranın 2-ci arenasında qalib gəlmişdi – hər ikisi 1:0. İndiki stadionda 13 matçda qalib gəlməyən bakılılar 14-cü cəhddən arenanı qələbə ilə tərk edib.
İndiyədək keçirilən 39 “Böyük oyun”dan 35-i Premyer Liqa, 3-ü Azərbaycan kuboku, 1-i Superkuboka təsadüf edib. Bu qarşılaşmalarda “Neftçi” 13, “Xəzər Lənkəran” 9 qələbə qazanıb, 17 matçda isə qalib müəyyənləşməyib. “Ağ-qaralar” 46, “ağ-yaşıllar” 35 top vurub.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |