"Kəpəz"in yığmalara futbolçu verməsindən neçə illər keçib"
“Kəpəz”in iki illik fasilədən sonra yenidən Azərbaycan Premyer Liqasında mübarizə aparması və bu dönüşün komandanın uğurlu çıxışı ilə əlamətdar olması azarkeşlər üçün sevindirici olmaya bilməz. Bu planda daha bir sevindirici məqam “sarı-göylər”in üzvlərinin müxtəlif yığma komandalara dəvət almasıdır.
Stadium.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Gəncə klubunun əldə etdiyi nəticələr milli məşqçilərinin komandaya diqqətini artırıb və bunun nəticəsidir ki, əsas komandanın 4 futbolçusu yığmalara çağırılır. Əsas milliyə Tərlan Quliyev və Rəşad Eyyubov, 21 yaşlı futbolçulardan ibarək komandaya isə Budaq Nəsirovla Azad Kərimov mütamadi dəvət olunur.
Buna kimi uzun müddət “Kəpəz”dən millilərə futbolçu çağırılmayıb və bu mövsüm təxminən 12-13 illik həsrətə son qoyulub. Bu işdə az əməyi olmayan “sarı-göylər”in baş məşqçisi Şahin Diniyev açıqlamasında bundan sonra da yığmalara futbolçu verməyə çalışacaqlarını bildirib:
“Biz hələ ilk addımlarımızı atırıq və komandamızın futbolçuları milli komandalara dəvət alır. “Kəpəz”in yığmalara futbolçu verməsindən neçə illər keçib. Hazırda əsas komandanın 4 üzvü milliyə çağırılır. Əvəzedici komandamızdan isə bir oyunçu U-19-a dəvət olunub. Bu, “Kəpəz”in uğuru sayılır. Yolun başlanğıcında oyunçularımızın Azərbaycan yığmalarına cəlb olunması olduqca sevindiricidir. Mənə elə gəlir ki, zaman keçdikcə çempionat oyunlarında uğurla çıxış etməyimiz komandamızdan dəvət alanların sayını və onların meydanda oynama vaxtını da artıracaq. Futbolçuların özündən də çox şey asılıdır. Millinin baş məşqçiləri oyunçuları izləyir və göstərdikləri oyun onlar üçün yığmalara tramplin olacaq”.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |