"Gözlənilməz səhvlərdən qollar buraxdıq"
"Qəbələ"nin vitse-prezidenti Fariz Nəcəfov Avropa Liqasının qrup mərhələsinin son turunda evdə "Krasnodar"a uduzduqları oyundan (0:3) sonra jurnalistlərin suallarını cavablandırıb.
- Komandanız böyük hesabla məğlub oldu. Oyun haqda nə deyə bilərsiniz?
- Düşünürəm ki, daha yaxşı oynaya bilərdik. Gözlənilməz səhvlərdən qollar buraxdıq. Ümumilikdə oyun maraqlı keçdi. Bütün komandaya göstərdiyi əzmkarlığa görə təşəkkür edirəm. Çox sağ olsunlar ki, bir neçə ay bizə Avropa Liqası həyəcanı yaşatdılar. İlk vaxtlar komandamızın qrupa düşəcəyini heç kim gözləmirdi. Qrup sonuncusu olmağımıza baxmayaraq, komandamla fəxr edirəm.
- Qrup mərhələsinin son görüşündə hamı “Qəbələ”dən qələbə gözləyirdi...
- Bu futboldur. Hər şey ola bilər. Biz də yaxşı nəticə gözləyirdik. Düşünürəm ki, komandamız “Krasnodar”la oyunda əlindən gələn hər şeyi etdi. Bacardığımız budur. Bundan artığını bacarmırıq.
- Sanki “Qəbələ” meydana motivasiyasız çıxmışdı...
- Mən elə düşünmürəm. Qapımıza top vurulana kimi “Qəbələ” yaxşı futbol oynadı.
- Tale Heydərov oyundan sonra komanda ilə görüşdü. Klub prezidenti futbolçulara nə söylədi?
- Avropa Liqasında yaxşı oyunlarımıza, qrupa düşməyimizə görə təşəkkür etdi və gələcək oyunlarda uğurlar arzuladı. Bundan sonra komandanın bütün diqqətini ölkə çempionatına yönəltməsini tapşırdı.
- Qarşıda qış fasiləsi gəlir. Komandada hansısa dəyişiklik olacaq?
- Bu barədə baş məşçi ilə söhbət etməmişik. Amma olmayacağı da istisna deyil.
- Ümumiyyətlə bu il qazanılan uğurun davam etməsi üçün komandada hansı işlər görüləcək?
- Görüləcək işlər hələ çoxdur. Avropa Liqası bizim üçün böyük bir təcrübə oldu. Futbol baxımından bütün məsələlərlə məşqçilər korpusu məşğul olacaq. Rəhbərlik olaraq əlimizdən gələni edəcəyi ki, qarşıdakı illərdə daha yaxşı çıxış edək.
- “Qəbələ” cari mövsüm avrokubok matçlarını Bakıda keçirməli oldu. Növbəti mövsüm avrokubok oyunlarını Qəbələdə keçirməyiniz üçün stadionda hansı işlər görülür?
- Stadionla bağlı işlər görülür. Gələn mövsüm Avropada çıxış etsək, seçmə mərhələdə olmasa da, qrup mərhələsinə vəsiqə qazansaq, stadionu hazır etməyə çalışacağıq.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |