Bədavi Hüseynov: "Bundan sonra oynamaq "Qarabağ"a asan olacaq"
"Qarabağ"ın müdafiəçisi Bədavi Hüseynovun müsahibəsi
- "Zirə" ilə oyunda növbəti dəfə xal itirdiniz. Son üç turda cəmi 1 qələbə qazanmısınız...
- "Zirə" ilə oyun çox çətin keçdi. Rəqibimiz güclü idi. Onlar bizə qarşı çox yaxşı oynadılar. İnamlı müdafiə olundular. Ona görə də rəqib qapısı qarşısında çoxlu qol vəziyyəti yarada bilmədik. Fikrimcə, nəticə oyuna görə oldu.
- Komanda Belçika "Anderlext"i ilə səfər oyunundan sonra yorğun idi? Bəlkə qələbə qazana bilməməyinizə bu səbəb oldu?
- Bəli, yorğunluğun təsiri oldu. Amma rəqib də ağıllı oynadı, bizə boş zonalar vermədi. Bizə qarşı yaxşı hazırlaşdıqları hiss olunurdu. Artıq qış fasiləsinə cəmi iki tur qalıb. Həmin görüşlərə yaxşı hazırlaşıb, qələbə qazanmalıyıq.
- Avropa Liqasındakı çıxışınızı başa vurduğunuzu nəzərə alsaq, "Qarabağ"a bundan sonra Premyer Liqada mübarizə aparmağın asan olacağını demək mümkündür?
- Fikrimcə, fiziki baxımdan asan olacaq. Artıq bütün diqqətimizi çempionat oyunlarına yönəldəcəyik. Amma oyunlarımızın asan keçəcəyini deməzdim. Çünki bütün rəqiblər "Qarabağ"la oyunlara xüsusi motivasiya ilə çıxırlar.
- "Anderlext"ə qarşı səfər oyunu barədə nə deyərdiniz?
- Biz güclü komanda ilə qarşılaşırdıq. Əlbəttə, qrupdan çıxmaq üçün bizə yalnız qələbə lazım olduğunu yaxşı başa düşürdük. Oyuna da çox yaxşı başladıq, topa nəzarət edirdik, hesabı açmışdıq. Amma sonra ani arxayınlaşma qolla nəticələndi. Çox keçməmiş ikinci qolu da buraxandan sonra oyunda dönüş yaratmaq bizim üçün çətinləşdi.
- İkinci hissədə "Qarabağ"ın bir neçə qol epizodu olsa da, yararlana bilmədi. Belə çıxır ki, Armenterosla Pupon Reynaldonu əvəzləyə bilmir?
- Belə oyunlarda qələbə qazanmaq üçün ələ düşən şanslardan maksimum yararlanmaq lazımdır. Bizdə isə bu baxımdan problemlər öz sözünü dedi. Təbii ki, Reynaldo "Qarabağ" üçün çox lazımlı futbolçudur. Amma uşaqlar onu layiqincə əvəzləmək üçün əllərindən gələni edirlər.
- Yəqin ki, növbəti avrokubok mövsümlərində bu ilki kimi çətin qrupa düşməyi heç də arzulamazsınız...
- Qrupdan çıxmağı istəyiriksə, "Tottenhem", "Monako", "Anderlext" kimi klublardan qorxmamalıyıq, onlara qarşı yaxşı oynamağı bacarmalıyıq. İki ildir ki, ardıcıl Avroliqanın qrup mərhələsinə çıxırıq, rəqiblərimizə çətin anlar yaşadırıq. Amma yenə də nəsə çatışmır. Öz üzərimizdə çalışıb, növbəti mövsümdə azarkeşlərimizi daha da sevindirməyə çalışacağıq. Bizə sonadək inanıb, dəstəkləyən bütün azarkeşlərimizə də təşəkkürümü bildirirəm. azerisport.az
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |