"Topaz"ın rekord uduşunun təsdiqi
Növbəti superpriz
Populyar idman mərc oyunları Operatoru “Topaz”dan növbəti superpriz 186 694 AZN olub!
Bu hadisə bir həftə əvvəl Mehdi Hüseyn küç., 69 ünvanında yerləşən ”Topaz” agentində baş verib. Ən təəccüblüsü odur ki, qalib cəmi 4 oyunun hər birində vurulacaq ümumi qolların sayının 7-dən çox olacağını düzgün proqnozlaşdırıb.
Bu mərcin əmsalı təkcə Azərbaycanda deyil, həm də ötən 10 il ərzində Türkiyədə belə qeydə alınmamış rekord rəqəmdir.
Təbii ki, bu uduş təkcə bizim ictimaiyyəti deyil, həm də 2 AZN yatırıb, bir dəfəyə varlanan qalibimizi də şoka salıb. Əlbəttə, təvazökarlıqdan uzaq olsa da, demək lazımdır ki, 186.694 AZN-lik uduşun sahibi yetərincə erudit futbol fanatıdır və 4 oyunun hamısının nəticəsini nəfis proqnozlaşdırırıb.
Hazırda qalib “Topaz”ın bank-tərəfdaşlarından biri olan “Bank of Azerbaijan”ın baş ofisində öz uduşunu artıq əldə edib. Çoxları ola bilsin ki, elə həmin bankda depozit hesabı açmağa üstünlük versələr də, bir anda varlanan futbol fanatı pulları nağd almağa üstünlük verdi.
Ümumi təəssüfümüzə baxmayaraq, küllü miqdarda pulun xoşbəxt sahibi təkcə mətbuata müsahibə verməkdən imtina etmədi, həm də Azərbaycanda ilk dəfə belə böyük uduşun qeydə alınmasını önəmli hadisə hesab edən “Topaz” rəhbərliyi ilə də görüşdən çəkindi.
Onun rədd cavabının səbəbləri olduqca aydındır – bundan da az miqdarda pula görə baş verən cinayət hadisələri ilə kriminal xronikanın dolduğu bir vaxtda, əlində kifayət qədər böyük kapitalı olan birinin adını açıqlayaraq, özünə xüsusi maraq cəlb etmək istəməməsi anlaşılandır.
Bu hadisə cəmiyyətdə də bir-birinə zidd şaiyələrə səbəb oldu və insanları 2 cəbhəyə böldü: bəziləri bu uduşun baş verdiyinə ümumiyyətlə inanmır, digərləri isə qalibin yerinə ürəkdən sevinir. Sözügedən hadisənin baş verdiyinin təsdiqi olaraq, redaksiya, oxucularının diqqətinə uduşun ödənilməsini təsdiqləyən bank sənədini təqdim edir.
Bizə isə qalib-rekordsmenə gələcəkdə uğurlar və qazandığı vəsaiti savadla xərcləməyi arzu etmək qalır!
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |