"Neftçi" PFK və PricewaterhouseCoopers arasında müqavilə imzalandı - FOTOLAR
“Neftçi” PFK dünyanın aparıcı peşəkar xidmət şirkəti olan PwC (PricewaterhouseCoopers) ilə əməkdaşlıq çərçivəsində müqavilə imzalayıb. Dünyanın məşhur audit və konsaltinq şirkəti olan PwC “Neftçi” PFK-ya müstəqil auditor xidməti göstərməklə yekun maliyyə hesabatını yoxlayacaq. Bununla klub səhmlərini satışa çıxarmaq istiqamətində vacib addım atmış olacaq. Yekun hesabatda klubun büdcəsi, maliyyə xərcləri və dəqiq rəqəmlər öz əksini tapacaq. Bu maliyyə şəffaflığının təmin edilməsi və gələcəkdə sponsorların cəlb edilməsində mühüm rol oynayacaq. Müstəqil auditor şirkətinin rəyi əsasında hazırlanmış yekun hesabat sayəsində iqtisadi münasibətlərin sağlam inkişafı üçün zəmin yaranacaq.
Müqavilə “Neftçi” PFK-nın icraçı direktoru Elnur Məmmədov və PwC Azerbaijan şirkətinin idarəedici partnyoru Mövlam Paşayev tərəfindən imzalanmışdır. Tədbirdə “Neftçi” PFK-nın əməkdaşları da iştirak etmiş və PwC şirkətinin iş prosesi ilə tanış olmuş, onlara şirkətin fəaliyyət göstərdiyi sahələrlə bağlı geniş məlumat verilmişdir.
Qeyd edək ki, PwC - dünyada peşəkar xidmətlər göstərən ən böyük şəbəkələrdən biridir. Bugünkü PwC şəbəkəsi 1998-ci ildə hər ikisi Londonda yerləşən “Price Waterhouse” və “Coopers & Lybrand” şirkətlərinin birləşməsi nəticəsində yaranmışdır. “PwC Qlobal” şəbəkəsi 157 ölkədə fəaliyyət göstərir və əməkdaşlarının ümumi sayı 208,109 min nəfərdir. PwC audit, vergi, hüquq və məsləhət xidmətləri sahəsində keyfiyyəti təmin etməklə yanaşı, şirkətlərə və insanlara qazanmaq istədikləri dəyəri yaratmağa kömək edir. Şirkətin müştəri portfelinə yeni və inkişaf etməkdə olan müəssisələrlə yanaşı dünyanın aparıcı özəl şirkətləri, dövlət müəssisələri və qeyri-hökumət təşkilatları daxildir.
Azərbaycanda 1995-ci ildə cəmi 10 nəfərlə fəaliyyətə başlamış PricewaterhouseCoopers son 20 il ərzində yerli iqtisadiyyata və biznes mühitinə əhəmiyyətli dərəcədə investisiyalar qoymuş və bu ənənəsini davam etdirməkdədir. Hal hazırda şirkətin Azərbaycan ofisində dünyanın 6 ölkəsindən 100 nəfərə qədər mütəxəssis çalışır. PwC Azərbaycan PwC Qlobal şəbəkəsinin 150 ildən artıq təcrübəsi, misilsiz bilik və praktiki səriştəsindən faydalanmaları üçün biznes təşkilatlarına, dövlət idarələrinə və özəl şirkətlərə xidmətlər göstərir.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |