Keçmiş qapıçısından "Neftçi" rəhbərliyinə ağır sözlər: "Məni kişi kimi işdən çıxaraydılar"
Azərbaycan milli komandasının sabiq qapıçısı Hüseyn Məhəmmədov "Neftçi”nin aşağı yaş qrupları üzrə komandasındakı işindən uzaqlaşdırılıb.
Stadium.az xəbər verir ki, Məhəmmədov qumar oyunlarında iştirakda ittiham olunur. Bu gün mətbuat konfransı keçirən Məhəmmədov məsələyə aydınlıq gətirib: "Məni işdən çıxara bilərlər. Amma qumarbaz kimi şərləməkləri düzgün deyil. Bu hal mənim üçün xoş deyil. Mənim futbolda uğrularım var. Biz hazırda işimizin gözəlliyindən danışmalıyıq. Mənim futbolçu və məşqçi kimi gördüyüm iş qiymətləndirilməlidir. Bizim bu gün MDB kubokunda Ermənistan klubunu udan günümüzdür. Mənim qumarbaz kimi adlandırılmağım düzgün deyil. Mən "topaz”da olmamışam. Həmişə komandanın başında olmuşam. Bunu yazanlar da etiraf edib ki, həmin şəkillər 1 il yarım əvvələ aiddir. Hәmin vaxt mәn işsiz olmuşam. Dostum Rusiyadan gəlmişdi, onunla "topaz"da çay içmişik. Bunu yazan media orqanı da etiraf edib. Məni kişi kimi işdən çıxaraydılar. Bu adla işdən çıxarılmağım düzgün deyil”.
Məhəmmədov məsələ ilə bağlı AFFA prezidenti Röövnəq Abdullayevə şikayət məktubu göndərəcək: "Mən Azərbaycan çempionuyam. Əllərində heç bir sübut olmadan məni işdən çıxarırlar. Bununla bağlı AFFA prezidenti Rövnəq Abdullayevə şikayət məktubu göndərəcəm. Bu barədə həmçinin klubun rəsmi saytında təkzib verilməsini də istəyirəm”. (Sportal.az)
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |