"Qəbələ"nin 9 futbolçusu milli komandalara çağırıldı
Azərbaycan Premyer Liqasında milli komandaların oyunları ilə əlaqədar yaranacaq fasilə müddətində “Qəbələ”nin futbolçuları da yığmaların düşərgəsində olacaq.
Stadium.az xəbər verir ki, "Qırmızı-qaralar”ın 5 üzvü Azərbaycanın əsas milli komandasına çağırılıb. Müdafiəçilər Arif Daşdəmirov, Məhəmməd Mirzəbəyov, Pavel Paşayev, Ruslan Abışov, həmçinin yarımmüdafiəçi Rəşad Eyyubov baş məşqçi Robert Prosineçki tərəfindən milliyə dəvət olunub. Onlar martın 21-dən 27-dək Türkiyənin Antalya şəhərində keçiriləcək təlim-məşq toplanışında iştirak edəcəklər. Təmsilçilərimizin yer aldığı milli komanda martın 26-da Qazaxıstan yığmasına qarşı yoldaşlıq oyununda qüvvəsini sınayacaq.
Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət millisi isə Avropa çempionatının seçmə mərhələsində Rusiya ilə qarşılaşacaq. Martın 24-də Rostovda baş tutacaq qarşılaşma üçün açıqlanan heyətdə “Qəbələ”nin 3 üzvü var. Əsas komandamızın oyunçusu Elvin Camalovla yanaşı, əvəzedicilərin iki aparıcı futbolçusu Ehtiram Şahverdiyev və Bəhlul Mustafazadə də baş məşqçi Yaşar Vahabzadə tərəfindən yığmaya çağırılıb.
U-19 Liqada liderlik edən “Qəbələ”nin futbolçuları bu yaş qrupundan olan yığmanın təlim-məşq toplanışında iştirak edib. Martın 10-14-də Bakıda, 15-18-də Monteneqroda hazırlıq keçən millinin heyətində 5 təmsilçimiz səfərə yollanıb. “Qırmızı-qaralar”ın futbolçuları Elnur Orucov, Süleyman Süleymanov, Amin Seydiyev, Rövlan Muradov və Hacıağa Hacıyevin çıxış etdiyi yığmamız Monteneqro ilə 2 yoxlama oyununda da qüvvəsini sınayıb. Martın 15-dəki ilk matçda 3:2 hesabı ilə qalib gələn komandamız iki gün sonra 1:2 hesabı ilə uduzub. İlk qarşılaşmada millimizin qollarından ikisinə Rövlan Muradov imza atıb.
Bundan başqa, “Qəbələ”nin hücumçusu Ermin Zets Bosniya və Herseqovina millisinə çağırılıb. O, yığmasının heyətində martın 25-də Lüksemburqa, 4 gün sonra İsveçrəyə qarşı yoxlama görüşlərinə dəvər alıb.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |