"Azərbaycan millisinin oyununu analiz etmişdik"
"Əgər nəticə varsa, deməli biz futbolçulara lazımi informasiyanı verə bilmişik. Onlar sübut etdilər ki, ölkənin ən yaxşı futbolçularıdır. Bunu həm oyun, həm də psixoloji planda söyləmək olar. Qələbəyə görə çox şadıq".
Stadium.az xəbər verir ki, bu sözləri Qazaxıstanın məşqçisi Talqat Baysufinov Azərbaycan millisinə qalib gəldikləri yoldaşlıq görüşündən sonra ölkəsinin mətbuatına açıqlamasında deyib.
Baysufinov Azərbaycan millisinin oyununu yaxşı analiz etdiklərini bildirib: "Oyundan öncə futbolçulara məsuliyyəti öz üzərilərinə götürməkdən çəkinməmələrini tapşırmışdıq. Rəqib qapısına doğru zərbələr endirmək lazım idi. Azərbaycan millisinin oyununu analiz etmişdik.
Rəqibin heyətində meydana gözlədiyimiz oyunçular çıxdı. Oyundan öncə rəqibin bütün güclü və zəif cəhətlərini uşaqlara çatdırmışdıq. Azərbaycan yığmasının futbolçuları meydanda yaxşı anlaşır və topa nəzarət edirdilər. Ancaq futbolçularımız hər şeyə hazır idilər. Çox güclü pressinq taktikası seçdik, oyunçularımız da bütün tapşırıqların öhdəsindən gəldi".
Qeyd edək ki, Antalyada keçirilən yoldaşlıq görüşündə yığmamız rəqibinə 0:1 hesabı ilə uduzub.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |