Qurban Qurbanov: "Oyundan razı qalmadım"
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov ölkə kubokunun yarımfinal mərhələsinin ilk oyununda "İnter"ə 4:0 hesabıyla qalib gəldikləri oyundan sonra jurnalistlərin suallarını cavablandırıb:
- Oyundan razı qalmadım. Süni örtüklü meydança futbolçularımızın çox top itkilərinə yol verməsinə səbəb oldu. Əsas məqsədimiz topa daha çox nəzarət etmək idi. Bununla belə, futbolçularımı təbrik edirəm. Önəmli qələbə qazandıq.
- Oyundan narazı qaldığınızı bildirdiniz. Əsasən nədən narazı qaldınız?
- Bildirdiyim kimi, daha çox nəzarət etmək istəyirdik. Daha az top itkisinə yol verməli idik. Yəni daha keyfiyyətli oynaya bilərdik.
- Premyer Liqanın növbəti turunda çempionluğu rəsmiləşdirə bilərsiniz. Bu gün qazanılan qələbənin sizin üçün əlavə motivasiya olacağını düşünmürsünüz?
- Kubok başqa, çempionat oyunları tam başqadır. Motivasiya baxımıdan problem yaşayacığımızı düşünmürəm. Futbolçularımız da çempion olacağımız günü gözləyir.
- Azərbaycan çempionatında çıxış edən digər komandanın baş məşqçisi olsanız, “Qarabağ”ı məğlub etmək üçün neçə gün düşünərdiniz?
- Olmayan şeylər barədə düşünmək istəmirəm. Amma bizim komandamız da az məğlub olmayıb.
- Migel Madera son oyunlarda özünü yaxşı tərəfdən göstərir. Onun belə oyunu sizin üçün nə dərəcədə gözləniləndir?
- Migeli bəyənib götürmüşdük. Uzun müddət La Liqada oynayıb. Migel ümidlərimizi doğruldur. Amma hər oyun bir futbolçudan daha çox şeylər gözləyirik.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |