Nizam-intizamsız komitə
AFFA-da belə bir komitə fəaliyyət göstərir - İntizam Komitəsi. Adından da göründüyü kimi, komitənin əsas işi haqq-ədaləti, nizam-intizamı qorumaq, bunu pozanları cəzalandırmaqdı. Amma təəssüf ki, hərdən komitənin işi adı ilə tərs mütənasib olur. Bu qurumun qəbul etdiyi “qeyri-adi" qərarlar bir çox hallarda narazılıqlara yol açır. Bəzən haqsız olana ağır cəza verilir, bəzən isə cəzanı haqq edənlərin əməllərinə göz yumulur. Məlum məsələdir ki, bununla bağlı komitədən nə isə soruşsan nizam-intizam kodeksini ortaya qoyacaq və oradakı bəndləri əsas gətirəcəklər. Əslində, nizam-intizam kodeksində bir çox bəndlər komitənin müəyyən qərarları verərkən istədiyi kimi manevr etməyə imkan yaradır. Məsələn, hansısa futbolçu hakimə yaxınlaşıb “adam kişi olar" ifadəsini işlədir. Sabah həmin futbolçuya “kişi söhbəti” elədiyi üçün ən ağır cəza da verilə bilər və ya əksinə, ona “gözün üstə qaşın var” deyən tapılmaz. Necə ki, Hakimlər Komitəsi hakimlərin səhv qərarlarına haqq qazandıranda onu özünə sərf edən formada ictimaiyyətə təqdim edir. Lap “top əli tapdı" və ya “əl topu tapdı" kimi.
Hakimə
olar,
hakimi
olmaz?
İntizam
Komitəsinin qərarlarında tez-tez bu ifadələrə rast gəlirik: hakimi təhqir
etdiyinə görə. Əslində, həmin qərarların şamil edildiyi hadisələrin çoxuna dair
sübut olmur. Komitə sadəcə, hakimin oyunun protokoluna yazdığını sübut kimi
qəbul edib sərt cəzalar tətbiq edir. Məsələn, mən klub nümayəndəsi kimi oyundan
sonra hakimə yaxınlaşıb “ayıb olsun sənə, vicdanın olsun, orada penalti var
idi?" deyib, “rədd ol buradan, vicdansız özünsən..." cavabını ala
bilərəm. Ancaq hakim oyundan sonra matçın protokoluna “klub rəsmisi hakimləri
təhqir etdi" ifadəsini yazarsa, İntizam Komitəsi məni 10 oyun cəza, 10 min
də cəriməyə “qonaq edəcək". İndi gəl, sübut elə ki, mən hakimi deyil,
hakim məni təhqir edib. Bax, ən böyuk boşluq elə buradan başlayır. Adi misal çəkək. Ötən ay Azərbaycan kubokunun
1/4 final mərhələsinin cavab matçından sonra “Xəzər Lənkəran"ın futbolçusu
Orxan Səfiyaroğlu Rəhim Həsənova yaxınlaşaraq “Əziyyətimizi yerə vurdunuz,
haqqımızı halal etmirik" dediyini, cavabında isə “qoduq, get o tərəfə,
səni bir sözümlə futboldan silərəm" eşitdiyini açıqladı. Məlum məsələdir
ki, futbolçu hakimə “qoduq" desəydi, dərhal qarşısında qırmızı vərəqə
görəcəkdi. Sonra protokolda “hakimi təhqir etdi" “statya"sına görə
İntizam Komitəsindən ən ağır cəzanı alacaqdı. Lakin bu ifadəni hakim işlətdiyi
üçün ona kəlmə də deyən olmadı. Xeyir ola? Nəyə görə hakim dediyi fakt kimi
qəbul olunur, amma futbolçu deyən nəzərə alınmır? Demək, hakim nə desə
qanundur, amma hakim özü kimi istəsə söyə bilər? Bu cür faktlar bir deyil, iki
deyil.
Qanunu
pozub
cəzasız
qalanlar
Qaydalara
görə, oyundan əvvəl, oyun vaxtı və sonra hakimlər otağına futbolçuların, klub
rəsmilərinin girişi qadağandır. Ora yalnız hakim-inspektor daxil ola bilər. Əks
hal baş verərsə, həmin qanunu pozanlar cəzalandırılmalıdır. Lakin 1 ay ərzində
baş verən iki fakt sübut etdi ki, İntizam Komitəsi bu qərarları heç də hamıya
şamil etmir. Məsələn, “Neftçi"nin icraçı direktoru Elnur Məmmədov “Xəzər
Lənkəran”la kubok oyunundan sonra hakimlər otağına daxil olur və sonra da
mətbuata açıqlama verir ki, o, sadəcə, oraya hakimlərin bir şeyə ehtiyacı
olub-olmadığını öyrənmək üçün getmişdi. Birincisi, yuxarıda qeyd etdiyimiz
kimi, heç bir klub rəsmisinin hakimlər otağına girməyə ixtiyarı yoxdur. Elnur
Məmmədov bu qanunu pozubsa, deməli, cəzalanmalı idi. Lakin görünür, AFFA-nın
baş katibi Elxan Məmmədovun kadrı olması onu toxunulmaz şəxs elan edib.
İkincisi, hakimlərin nəyəsə ehtiyacının olub-olmamsının Elnur Məmmədova nə
dəxli? Hakim oyun idarə etməyə gəlib. İstirahətə gəlməyib ki, nəyəsə ehtiyacı
olub-olmadığını soruşasan.
Bundan başqa, bir neçə tur əvvəl “İnter"in və yığmamızın qapıçısı Kamran Ağayev də “Neftçi" ilə matçdan sonra hakimlər otağına daxil olub baş hakim Əliyar Ağayevə penalti ilə bağlı etirazını bildirmişdi. Məmmədov kimi, Ağayev də qanunu pozmuşdu. Amma o da cəzasız qaldı. Belə çıxır ki, sabah istənilən futbolçu Kamran kimi, hakimlərin otağına girib ürəyindən keçəni hakimə deyə bilər? O zaman İntizam Komitəsi hansı əsasla həmin futbolçunu cəzalandıracaq?
Qusarda
baş verənlərə anormal qiymət
Bir
qədər əvvələ gedək. I Divizionun 18-ci turu çərçivəsində Qusarda oynanılan
“Şahdağ" - “Ağsu" matçında baş verənlərlə bağlı açıqlanan qərarlar da
insanda ikrah hissi yaradır. Bildiyiniz kimi, hakim həmin oyunda “Ağsu"nun
qapısına penalti təyin edib futbolçusuna da qırmızı vərəqə göstərmişdi. Daha
sonra isə həmin futbolçu meydanı tərk etməmiş penaltinin yerinə yetirilməsinə
icazə vermişdi. “Şahdağ" qol vurandan sonra dördüncü hakim olaya müdaxilə
edərək, baş hakimə qolu ləğv edib penaltini yenidən təkrarlamasının lazım
olduğunu bildirmişdi. Qusar klubu isə təkrar zərbəni qola çevirə bilməyincə,
“Ağsu"nun futbolçusu Bəhram Bəhramzadə azarkeşlərə qarşı qeyri-etik jest
etmişdi (sonradan İntizam Komitəsinin qərarında bu jestin qeyri-etik yox,
sevinc jesti olduğu qeyd olundu) və buna dözməyən “Şahdağ"ın futbolçusu Şıxqayıb Şıxqayıbov onun üzərinə gedərək
etirazını bildirmişdi. Ardınca baş verənlərdən əsəbiləşən azarkeşlər meydana
daxil olmuşdular.
İntizam
Komitəsinin bu olayla bağlı çıxardığı qərarların isə heç bir məntiqi izahı
olmadı. İlk növbədə ondan başlayaq ki, baş verənlrə görə Qusar stadionu mütləq
diskvalivikasiya olunmalıydı. Çünki qaydalarda da yazılıb ki, əgər azarkeş
meydana daxil olub qalmaqal yaradırsa və buna görə oyun dayanarsa, stadion
mütləq diskvalivikasiya olunmalıdır. Lakin İntizam Komitəsinin cəzalıları
sırasında Qusar stadionunun adı olmadı.
İkinci
məsələ “Ağsu"nun inzibatçısı Ənvər Hacıyevin meydana daxil olduğu üçün 1
illik futboldan uzaqlaşdırılması ilə bağlıdır. Əgər azarkeş meydana girdiyi
üçün stadion cəzalandırılmırsa, inzibatçıya eyni səbəbdən 1 illik cəza hansı
məntiqlə verilir? Həm inzibatçı meydana çıxsa da kimi vurub, kimə xəsarət
yetirmişdi? Sadəcə, hakimə onun səhvini izah edərək demişdi ki, qırmızı vərəqə
alan futbolçu meydandan çıxmamış penaltini yerinə yetirmək olmaz. Bununla bir
növü pozulmuş qaydanı bərpa etmişdi. Həmin inzibatçı meydana girməsəydi,
“Şahdağ" layiq olmadığı 3 xalı qazanacaqdı. Pozulmuş qaydanı bərpa etdiyi
üçün inzibatçıya 1 illik cəza verilir?
“Şahdağ"ın
futbolçusu Şixqayıb Şıxqayıbova verilən 1 illik diskvalifikasiya da
məntiqsizdir. Səbəb göstrilir ki, guya o, azarkeşlərə jest göstərən rəqib
futbolçunun üstünə hücum çəkib və bununla da azarkeşlərin meydana axışmasına
səbəbkar olub. Hamı gözəl bilir ki, bu cür hallar futbolda adidir. Yəni,
dəfələrlə olub ki, gərgin keçən oyunlarda futbolçular bir-birlərinin üzərinə
hücum çəkiblər. Hər bu cür hərəkətə görə futbolçulara 1 illik cəza verilsə o,
zaman gərək dünyada cəza almayan futbolçu qalmaya. Bir sözlə, Komitənin bu
qərarı da gülüncdür.
Ən gülməlisi odur ki, bu boyda qalmaqala şərait yaradan əsas insan hakim Xəlil Xəlilov olsa da, ona güldən ağır söz deyən tapılmadı.
Söyüşün
biri qəpik
Bir məsələyə də mütləq toxunmaq istəyirik. Yəqin ki, PFL-in I Divizion matçlarından çəkdiyi videoçəkilişləri izlmisiniz. Həmin videolardan da eşidilir ki, bu oyunlarda söyüşün biri bir qərikdən ucuz olur. Klub rəhbəri futbolçunu, futbolçu hakimi, hakim azarkeşi söyür. Məsələn, 20-ci turda keçirilən “Bakı" - “Ağsu" və “Bakılı" - MOİK matçının videoyazısına baxmaq kifayət edər ki, bu biabırçılıqdan xəbərin olsun. Bəs, İntizam Komitəsi bununla bağlı niyə tədbir görmür?
“Het-trik
news” qəzeti
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |