Namiq Ələsgərov "Qarabağ"a qayıdır
"Komandanın gələcək planları haqda düşünürəm. Düzdür, komandadan gedənlərə ağır olacaq. Amma güclənmək üçün heyətə mütləq yeni futbolçular cəlb olunmalıdır".
Stadium.Az xəbər verir ki, bunu açıqlamasında Gəncənin "Kəpəz" klubunun baş məşqçisi Şahin Diniyev deyib.
Avrokuboklara vəsiqəni təmin etmiş komandanın baş məşqçisi yeni transferlər, büdcə və digər məsələlərlə bağlı müzakirələr aparmaq üçün klub rəhbərliyi ilə görüşəcəyini bildirib: "Bu məsələlərin planını qururam. "Zirə" ilə oyundan sonra, mayın 16-da rəhbərliklə görüşüm olacaq. İkinci görüş isə ayın 20-nə planlaşdırılıb. İkinci görüş geniş tərkibli olacaq və bütün məsələlər müzakirə olunacaq. Mən raportumu təqdim edəcəm. Bundan sonra transfer və büdcə məsələlərinə aydınlıq gələcək. Transfer məsələsində ulduz oyunçulara yox, ulduz olmaq istəyən futbolçulara, gənclərə üstünlük verəcəyik".
Ş.Diniyev hazırda komandada icarə əsasında çıxış edən "Qarabağ"ın futbolçusu Namiq Ələsgərovun məsələsinə də aydınlıq gətirib: "Namiqlə bağlı Qurban Qurbanovla danışığımız olub. Bunu gizlətməyin mənası yoxdur. Sizin vasitənizlə Qurban müəllimə təşəkkür edirəm. O, Namiqi yeni mövsümdən "Qarabağ"da görmək istədiyini bildirib. Namiq "Qarabağ"a qayıdacaq".
50 yaşlı mütəxəssis Azərbaycan Premyer Liqasının XXXV turunda "Zirə" ilə keçiriləcək oyundan da danışıb: "Son iki oyun daha vacibdir. Komanda olaraq qarşımıza qoyulan hədəfə maksimum şəkildə çatdıq. Mövsümün əvvəlində kimsə desəydi ki, "Kəpəz" avrokuboklara vəsiqə qazanacaq, inandırıcı görünməzdi. Az güclə, büdcə ilə buna nail olduq. İndiki hədəfimiz isə bütün gücümüzü ortaya qoyub mövsümü mükafatçılar sırasında başa vurmaqdır. "Zirə" ilə oyuna gəlincə, Tərlan Quliyev ötən tur qırmızı vərəqə aldığından meydana çıxmayacaq. Ceyhun Cavadov isə zədəsini sağaldıb və komanda ilə birgə məşq edir. Onun adı 18-likdə olacaq. Junior Osvaldo "Neftçi" ilə oyunun ilk hissəsində əzələlərində ağrı hiss etdiyindən əvəz olundu. Onun oynayıb-oynamayacağına həkimlər qərar verəcək". (Report)
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |