AFFA "Xəzər Lənkəran" və "Rəvan"dan imtina etdi
Bu gün AFFA-nın Lisenziya Komissiyasının iclası keçirilib. Sadium.Az xəbər verir ki, yığıncaqda 2016/17 mövsümündə UEFA-nın klub turnirləri və Azərbaycan Premyer Liqası yarışlarında iştirak üçün müraciət etmiş klubların sənədlərinə baxılıb.
AFFA-nın Lisenziya Komissiyası klubların lisenziyalaşdırılması üzrə qaydalara əsaslanaraq, avrokuboklarda iştirak üçün müraciət edən 7 klubdan 6-na müsbət cavab verib. Bunlar AZAL, "Kəpəz", "İnter", "Qarabağ", "Qəbələ" və "Neftci"di.
Premyer Liqanın debütantı “Zirə” isə avrokuboklara buraxılması üçün zəruri olan lisenziyanı ala bilməyib.
Lakin qəsəbə təmsilçisi, həmçinin “Sumqayıt” Premyer Liqada mübarizə aparmaq hüququ qazanıb. Hazırda ölkə çempionatının yüksək liqasında çıxış edən digər iki klub – “Xəzər Lənkəran” və “Rəvan”a isə lisenziya verilməyib. Buna əsasən onlar gələn mövsüm Premyer Liqada oynamaq hüququndan məhrum olub.
Lakin həm onlara, həm də I diviziondan yüksək dəstəyə çıxmaq istəyən klublara güzəşt edilərək əlavə vaxt verilib.
Belə ki, Premyer Liqa yarışlarında iştirak etmək məqsədilə lisenziya almaq üçün müraciət etmiş digər klublar lisenziyalaşdırma üzrə sənədlərini tam şəkildə təqdim etməyib. Bunu nəzərə alan komissiya çatışmazlıqları aradan qaldırmaq üçün əlavə 14 gün vaxt verib. Sənədlərin AFFA-nın Lisenziyalaşdırma qrupuna təqdim edilməsi üçün son tarix mayın 30-du. Bu tarix bitdikdən sonra AFFA-nın Lisenziya Komissiyasının növbəti iclası keçiriləcək və klublar tərəfindən təqdim olunmuş sənədlərə əsaslanaraq müvafiq qərarlar qəbul ediləcək.
Çatışmazlıqlar vaxtında aradan qaldırılmazsa və növbəti mövsüm Premyer Liqada çıxış etmək üçün lisenziya almış klubların sayında yetərsay olmayacaq. Cəmi 8 klubla çempionatın keçirilməsi variantı yaranacağı halda, AFFA-nın Lisenziyalaşdırma Qrupu hesabat hazırlayaraq İcraiyyə Komitəsinə təqdim edəcək.
Bu halda, növbəti mövsümdə Premyer Liqa yarışlarının iştirakçıları ilə bağlı son qərarı da AFFA-nın İcraiyyə Komitəsi verəcək.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |