"Neftçala"nın prezidenti: "Klub fəaliyyətini dayandıra da bilər"
"Maliyyə məsələləri ilə klubun sponsoru məşğul olur. Bu dəqiqə üçün hər şey qaydasındadır".
Stadium.Az xəbər verir ki, bunu futbol üzrə Azərbaycan I Divizionunun qalibi "Neftçala" klubunun prezidenti Famil Səfiyev deyib.
F.Səfiyev rəhbərlik etdiyi klubun yeni mövsümdən Premyer Liqada iştirak etməsi üçün lisenziya işlərinin tamamlanmaq üzrə olduğunu bildirib:
"Lisenziya ilə bağlı heç bir problem olmayacaq. Sabah heç kim deyə bilməyəcək ki, "Neftçala" lisenziya tələblərinin hansınasa cavab vermir. Artıq işlərin 90 faizi həll olunub. Digər məsələlərin həlli üçün mayın 26-dək vaxt istəmişik. Müəyyən problemlər var ki, bu müddətə qədər həll edəcəyik. Maliyyə məsələləri də həllini tapacaq. Premyer Liqaya vəsiqə qazanacağımız təqdirdə, büdcənin artıb-artmayacağı klubdaxili məsələ olduğundan, bu haqda məlumat verə bilməyəcəyəm".
Klub prezidenti komandasının elitada iştirak etməyəcəyi təqdirdə, maraqlı hadisələrin baş verə biləcəyini söyləyib: "AFFA və PFL komandanın elitada çıxış etməsi üçün yardımlarını əsirgəmir. Üstəlik Premyer Liqada oynayan bir neçə komanda var ki, heç də onlardan əksik deyilik. Liqaya yüksələ bilməsək, maraqlı olaylar ola bilər. Klub fəaliyyətini dayandıra da bilər, divizionda oynamağa davam da edə bilərik. Klubun fəaliyyət göstərib-göstərməyəcəyi qarşıdakı aylarda bilinəcək". (Report)
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |