Respublika stadionunun direktoru ot örtüyünə görə "Qarabağ"ı ittiham etdi
Tofiq Bəhramov adına Respublika stadionunun ot örtüyünün yenidən yararsız vəziyyətə düşməsinin səbəbi açıqlanıb. Stadium.Az xəbər verir ki ,arenanın direktoru Şamil Quliyev "Report"a açıqlamasında ot örtüyünün durumunun avqustdakı isti havalarla əlaqədar pisləşdiyini bildirib.
Onun sözlərinə görə, ayın əvvəllərindən başlayaraq, qazonda saralmalar başlayıb. Suvarma vaxtlı-vaxtında aparılsa da, saralmanın qarşısını almaq mümkün olmayıb: "Təmir işləri stadionumuzu icarəyə götürən "Qarabağ" klubu tərəfindən aparılıb. Meydana qulluğu da klub əməkdaşları aparıb. "Göteborq"la oyundan əvvəl vəziyyətin pisləşdiyini görüb kluba müraciət etdim ki, gəlin, bir əncam çəkin. Hələ qışda stadionda təmir işləri aparılarkən, "Qarabağ"ın stadiona cavabdeh şəxslərinə demişdim ki, qumdan az istifadə edin, ot örtüyünün alt qatı torf və torpaq olsun. Amma mənə qulaq asmadılar. "Göteborq"la ev oyunundan əvvəl "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov ot örtüyü ilə tanış oldu və "Bura nə gündədir?" dedi. Mən də bizlik bir şey olmadığını və stadionun ot örtüyünə klubun cavabdehlik daşıdığını bildirdim. O da mənimlə razılaşdı".
Direktorun fikrincə, avqustun 2-də Çexiya "Viktoriya"sı ilə Bakıdakı Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab görüşündən sonra meydana toxum səpilsəydi, effekti olmayacaqdı: "Çünki o toxumlar belə istilərə dözməyəcəkdi. Amma artıq havalar mülayimləşir. İndi toxum səpilsə, Avroliqanın qrup mərhələsindəki ilk ev oyununadək ot örtüyü qaydasına düşəcək".
Arena rəhbəri meydanın yararsız vəziyyətdə olmasına rəğmən, "Qarabağ"a UEFA-dan heç bir cərimənin tətbiq olunmayacağını da əlavə edib. O bildirib ki, UEFA nümayəndələri əvvəlcədən stadiona baxış keçiriblər və bu stadionda oynamağa razılıq veriblər.
Qeyd edək ki, "Qarabağ"ın Avropa Liqasında İsveç "Göteborq"u ilə keçirdiyi "pley-off" mərhələsinin cavab görüşündə Respublika stadionunun ot örtüyü yararsız vəziyyət olub. Matç meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb - 3:0. Bununla da səfərdəki 0:1 hesablı məğlubiyyətin əvəzini artıqlaması ilə çıxan Azərbaycan təmsilçisi qrup mərhələsinə yüksəlib.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |