Ruslan Qurbanov "Neftçi"ni "Qəbələ"yə dəyişib komandanı sərt tənqid etdi
Ardıcıl ikinci mövsüm UEFA Avropa Liqasının qrup mərhələsində çıxış edəcək “Qəbələ” heyətinə yeni futbolçu qatıb. Stadium.Az xəbər verir ki, “qırmızı-qaralar” hücum xəttini millimizin və "Neftçi"nin futbolçusu Ruslan Qurbanovla gücləndirib. 25 yaşlı hücumçu ilə 2 illik müqavilə imzalanıb.
Rusiyada anadan olan futbolçu Stavropol “Dinamo”sunun yetirməsidir. Bu ölkədə “Rostov” (2008-2010), “Nika” (2008, icarə əsasında) və “Taqanroq”da (2009, icarə əsasında) çıxış edən Qurbanov 2010-cu ildə Azərbaycana transfer olunub. Bu müddətdən “Neftçi”nin şərəfini qoruyan milli üzvü 2011-2013-cü illərdə “Sumqayıt”, 2015-ci ildə Xorvatiya “Hayduk”una icarəyə verilib. Azərbaycan Premyer Liqasında keçirdiyi 119 matçda 28 qol vuran oyunçu ölkə çempionu (2010-2011) və kubokun qalibi (2013-2014) adını qazanıb.
Hazırda Azərbaycan milli komandasının heyətində DÇ-2018-in seçmə mərhələsinin San-Marino ilə səfər matçına hazırlaşan Ruslan 2015-ci ildə debüt etdiyi yığmada 11 matç keçirib. Bunadək o, U-21 millisinin də şərəfini qoruyub. (klub saytı)
“Qəbələ”yə transfer olunan Ruslan Qurbanov “Neftçi”dən gedişini şərh edib. O, sosial şəbəkədə fikirlərini bölüşüb:
“Qəbələ”yə keçidimi dəstəkləyən hər kəsə təşəkkür edirəm. Eləcə də mənə dəstək olmayanlara, həmçinin “Neftçi” fanatlarına minnətdaram. Onlar hər zaman qəlbimdə olacaqlar.
“Neftçi”də çətin vəziyyətlə üzləşdim. Bu haqda danışmaq istəmirəm. Düşünürəm ki, hər kəs məni anlayar. Mənə qarşı haqsızlıq edildi. Bu, artıq son idi. Buna görə də “Qəbələ”yə keçmək qərarına gəldim. Eləcə də “Neftçi”nin Müşahidə Şurasına minnətdaram ki, keçidimə maneçilik törətmədilər.
Özümü başqa komandada sınamaq və futbolçu kimi inkişaf etmək istəyirəm. Roman Qriqorçukla birgə çalışmağı arzuayırdım. Bir daha mənə dəstək olanlara təşəkkürümü bildirirəm.
“Neftçi”də yaxşı günlərim olub. “Qəbələ”yə keçməsəydim, Avropaya yollanardım. Mənimlə Avstriyanın “Şturm” klubu, eləcə də Xorvatiya komandaları maraqlanırdı.
İstəmirəm ki, “Neftçi” azarkeşləri mənə qarşı kin saxlasınlar. Onlar mənim hansı səbəbdən “Neftçi”ni tərk etdiyimi anlayacaqlar. Mənim əməyimi qiymətləndirməyən insanlar oldu. Halbuki 18 qol vurmuşdum. Hər kəsə təşəkkürlər!"
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |