Qurban Qurbanov: "Onları desəm, siz stadiona gəlməzsiz"
Avropa Liqasının ilk turunun "Qarabağ" - "Slovan" oyunundan sonra Ağdam klubunun baş məşqçisi Yindrix Tripişovski mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- İlk oyun həqiqətən bir qədər ağır olur. Çünki hər komanda ilk oyuna uğurla başlamaq istəyir. Son saniyədə qol vurmaq o deməkdir ki, komanda sona kimi oynayır. Futbolçulara bir sözüm yoxdur, çox ağır oyun idi. İkinci qoldan sonra futbolçuların özünə gəlməsi çətin oldu. Hər kəsə təşəkkür edirəm. Çəkinmirik, qorxmuruq, sona kimi oynayacağıq.
- Sanki bu gün Kintanın qolu deyildi...
- Hakimin də qüsurları çox idi. Amma oyjna yenidən baxsaq çox yaxşı qərar vermək olar. Bu komanda ilk növbədə rəqibin oyunun pozmaq üçün oynayırdılar. Danidə də bəzi məqamlarda alınmırdı. Amma son 15 dəqiqədə yaxşı oynadı. Mən ondan razı qaldım.
- Rəşad Sadıqov hərdəfə hücuma qoşulanda həmişə rəqib üçün təhlükə olur...
- Rəşadın təcrübəsi imkan verir ki, nə zaman hücuma getdiyini dəqiq düşünsün. Daim hücuna getsək bizim müdafiə xəttində problemlərimiz olar. O qədər də çox qabağa yollamayacam onu.
- Reynaldonun cəmi 1 qolu var . Razısız ki, əvvəlki Reynaldonu görə bilmirik?
- Biz də ondan daha yaxşı oyun göstəririk. O, 6 aydan çox zədəli oldu. İndi formaya düşür və yaxşılığa doğru gedir. Biz əlimizdə olan futbolçuları yaxşı formada saxlamağa çalışırıq. Belə oyunlarda onun kiki hücumçulara qarşı daha diqqətli olurlar. Bütün məşqçilər ona dahaçox nəzarət etməyi tapşırırlar.
- Komanda 3 dayaq yarımmüdafiəçisi ilə oynayır. Bu hücum qurmaqda problem yaratmır?
- Mən bu sistemi seçmişəm və bütün uğurlarımız bu sistemlə olub. Lazım gələndə sistemi oyunun gedişində dəyişirik. Keçmiş oyunlara baxsaq çox vaxt biz rəqibi arxadan gələn futbolçularla məğlub etmişik. Bu sistemi daha da yaxşılaşdırmağa çalışacağıq.
- Respublika stadionunu dolduran azarkeşlər bu gün kiçik bir arenamı doldurmadılar...
- Azarkeşlərə toxunmamaq lazımdı. Biz oyunları daha gec saatlara salmaq istəyirdik. Məncə bu saatla bağlı idi. Amma UEFA icazə vermədi.
- Komanda son oyunlarda 19 dəfə ofsayta düşüb...
- Bəlkə də 19 çoxdur, amma bu bizim hücumda oynadığımızdan irəli gəlir.
- Komanda optimal formadadır?
- Bəzən biz ancaq özümüzü düşünürük, heç vaxt rəqibi nəzərə almırıq. Amma indi avropada hər gün inkişaf etməyən komanda yoxdur. Ən böyük klublarda belə azarkeşlər və jurnalistlər narazılıq edir. Pik həddə çatmamağımızda Azərbaycan futbolunjn nöqsanları özünü göstərir. Biz çempionatda belə oyunlar oynamırıq. Hərə 10 faiz öz oyunun artırsa daha yaxşı səviyyəyə gəlib çatarıq.
- Bədavinin durumu necədi?
- Elvin son oyunlarda pis təsir bağışlamır. Sadəcə ola bilər ki, sizlərdə Elvinə ina azdı. Səhv hamı edir. Miçel səhv etdi, qapıçıza qol vuruldu. Biz Elvini daha yaxşılaşdırmalıyıq. Digər variantlar isə rəqiblərdən aslı olur.
- Son dəqiqədə komanda sevindi və çexlərlə son 3 oyjn heç-heçə bitib...
- Məni nəticədən çox futbolçuların necə oynayacağı vəziyyət maraqlandırırdı. Əvvəlki oyunları nəzərə almıram.
- Mişelin səhvindən sonra komanda məğlub olsaydı, onun durumu necə lardı?
- Səhvdən sonra futbolçunu silsək bu, çox pis olar. Çox şükürlər olsu ki, hər şey qaydasındadı və biz heç nədən naşükürlük etmirik.
- Klub rəhbəri bildirib ki, məqsəd qrupdan çıxmaqdır. Siz nə düşünürsüz?
- Futbol adi bir oyundur. Mən proqnoz verməyi xoşlamıram və bu barədə nəsə deyə bilmərəm. Qrupdan çıxmağımıza söz verə bilmərəm.
- Məğlub duruma düşdüyünüz andan hesab bərabərləşənə qədər olan müddətdə olan keçirdiyiniz hisləri paylaşa bilərsiz?
- Təəssüflər olsun ki, xeyir. Mən bu hisləri paylaşsam, heç kim stadiona gəlməz.
- Ötən mövsüm "Qarabağ"ı Çempionlar Liqasından kənarlaşdıran "Seltik" "Barselona"ya 7 cavabsız qolla məğlub oldu...
- Bu o demədir ki, biz hələ orda oynamağa layiq deyilik. Ancaq orsa oynasaq da əlimizi yanımıza salmayacağıq.
- Siz hələ də Almeydanın zəif çıxış etməsiylə razı deyilsiz?
- Mən Riçardın oyunundan razıyam. Almeyda çox yaxşı oynayır. Biz həm də rəqibi düşünməliyik. O, öz işinkn öhdəsindən layiqin ə gəlir. Mən Riçarddan razıyam.
- Komandanın yeni transferi serbiyalıdır. Əsas qapıçı isə Bosniyalıdır. Bu iki dövlət isə düşmən mövqeyindədir...
- Siyasəti idmanla qarışdırmaq lazım deyil. Bizim daha əvvəl də serbiyalı qapıçımız var idi. Onun ən yaxın dostu isə Ansi və Telli idi.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |