"Ötən mövsüm hamını məğlub edirdik, deyirdilər ki, meydançaya nəsə ediblər"
“Bugünkü oyunda komandamın çıxşından razı qaldım. Uşaqlar mübarizə apardılar. Udulası oyun idi”.
Stadium.Az xəbər verir ki, bu sözləri AZAL-ın baş məşqçisi Tərlan Əhmədov Azərbaycan Premyer Liqanın 8-ci turunda “Kəpəz”lə oyundan (0:1) sonra deyib.
O, hücum xəttindən şikayətlənib:
“Oyunun əvvəlində qol epizodlarımız oldu. Ötən mövsüm hamını məğlub edirdik, deyirdilər ki, meydançaya nəsə ediblər. İndi 83-cü dəqiqədə qol buraxırıq. Amma həmin adamlar heç nə yazmırlar. Yenə də komandamdan razıyam. Əsas problem qol vura bilməməyimizdir. Çalışacağıq ki, yaxın vaxtlarda bu problemi həl edək. Görüləşəcək işimiz çoxdur. Düşünmürəm ki, bizim üçün hər şey bitib. Qarşıda çox oyunlar var. Çalışacağıq ki, komandanı bu vəziyyətdən çıxaraq. Bu gün komandam son oyunlara baxanda çox gözəl çıxış etdi”.
Tərlan Əhmədov hazırkı durumdan şikayətlənmək fikrində olmadığını bildirib:
“Bu gün komandamın lideri yoxdur. Murad Səttarlı özünü yaxşı tərəfdən göstərirdi. Yenə eyni sözləri təkrarlamaq istəmirəm. Şikayətlənmək fikrində deyiləm. Deməsinlər ki, Tərlan ağlayır”.
AZAL-ın çalışdırıcısı müdafiənin mərkəzində problem yaşadıqlarını qeyd edib:
“İmkanım olsaydı, bu gün Vadar müəllimi (köməkçisi Vadar Nuriyevi nəzərdə tutur-red.) müdafiənin mərkəzində oynadardım. Kamil Mirzəyev bu gün özünü yaxşı tərəfdən göstərdi. Ona hətta zarafatca dedim ki, Maştağadan futbolçu çıxmayıb. Gözmuncuğu sənsən”.
Tərlan Əhmədov növbəti dəfə AZAL-dan getmək firində olmadığını bidirib:
“Fikrət Hüseynovla qardaşıq. İndiki vəziyyətdə komandanı atıb gedə bilmərəm. Gedişat onu göstərir ki, hələ uzun müddət burda qalacağıq. Nə pul, nə də top komandanı çalışdırmaq barədə düşünmürəm. Əvvəl komandada vəziyyət yaxşı idi. İndi pul yoxdu deyə, onları atıb gedə bilmərəm”.
T. Əhmədov başqa klublardan təklif aldığını bildirib:
“1-2 klubdan təklif gəlmişdi. Amma imtina etdim. AZAL-la yayda heç müqaviləm də yox idi. Bununla belə, rəhbərliklə aramızda qardaşlıq münasibəti var. Daha əvvəl bu klubda kapitan kimi də çıxış etmişəm. Belə çətin vəziyyətdə komandanı ata bilmərəm. Sabaha ümidlə baxıram. Düzdür, ötən ilki liderlər pula görə komandadan getdilər. İndi meydançada köməkçim yoxdur. Bir Aqil Məmmədovdur, o da qapıçıdır. Mənə meydanda lider lazımdır”.
Tərlan Əhmədov xeyli müddətdir zədədən əziyyət çəkən Tagim Novruzovun durumundan da söz açıb:
“Tagim Novruzov məşqləri bərpa edib. Hazırda oyun praktikasının yoxluğundan əziyyət çəkir. Yəqin ki, noyabrın sonunda onu yaşıl meydanlarda görəcəksiz”.
AZAL-ın baş məşqçisi hazırda “Neftçi”ni çalışdırmaq barədə düşünmədiyini söyləyib:
“Bu klubdan təklif almamışam. Hazırda bu barədə düşünmürəm. Təklif gəlsə belə, qəbul etmərəm. Yalnız AZAL rəhbərliyi halallıq verəcəyi təqdirdə, “Neftçi”də keçərəm”.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |