"Qarabağ" ölkəmizin xal ehtiyyatını artırdı
Avropa Liqasının qrup mərhələsinin 4-cü turunun oyunlarından sonra UEFA-nın reytinq siyahısı açıqlanıb. Stadium.Az xəbər verir ki, Azərbaycan təmsilçilərindən “Qəbələ”nin uduzduğu gecədə “Qarabağ” aktivimizə daha 0,500 xal əlavə edib. Ağdam klubu bunu Yunanıstanda PAOK-u 1:0 hesabı ilə məğlub etməklə gerçəkləşdirib. Bakıda Fransa “Sent Etyen”inə 1:2 hesabı ilə uduzan “Qəbələ” isə aktivimizi zənginləşdirə bilməyib. Mövsümün arxada qalan hissəsindəki qazancımız 4,250-yə yüksəlib.
Bunun ən böyük hissəsi “Qarabağ”ın payına düşür - 2,125. “Qəbələ” isə hesabımıza 1,375 xal gətirib. Artıq mübarizəni dayandıran “Neftçi” və “Kəpəz” hərəyə 0,375 xal qazanıb. Son 5 ildə isə 17,750 xal qazanan Azərbaycan tarixinin ən yüksək göstəricisini yeniləyib. Lakin bu rekord da 25-ci sıradan yuxarı yüksəlmək üçün yetərli olmayıb. Ölkəmiz 24-cü olan İsraildən 0,375 xal geri qalır. 26-cı olan Kipr isə 0,200 xal gerimizdədi.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |