"Qarabağ"dan rəsmi açıqlama: “Almeyda ilə bağlı bizə heç bir rəsmi təklif gəlməyib"
“Qarabağ”ın direktoru Əmrah Çəlikəl komandanın
aparıcı oyunçusu Riçard Almeydanın İtaliya klublarından təklif alması haqda
yayılan xəbərə münasibət bildirib.
Stadium.Az xəbər verir ki, klub rəsmisi açıqlamasında
braziliyalı yarımmüdafiəçi ilə bağlı rəsmi təklif almadıqlarını deyib: “Almeyda
ilə bağlı bizə heç bir rəsmi təklif gəlməyib. Təklif olsa, hər halda
dəyərləndirərik”.
Futbolçunun agenti Qaetano Montalban
İtaliya mətbuatına açıqlamasında Almeydanın da İtaliya klublarında oynamağa
hazır olduğunu bildirib. O, hətta yayda Almeydanın İtaliya A seriyası
klublarından birinə keçməyə yaxın olduğunu vurğulayıb.
Əmrah Çəlikəl isə Almeydanın
“Qarabağ”dan ayrılmaq istədiyinə inanmadığını qeyd edib: “Burada baş məşqçi
Qurban Qurbanovun və futbolçunun fikri əsasdır. Mən bilirəm ki, Almeyda “Qarabağ”da
xoşbəxtdir, Azərbaycanı sevir. Bəlkə də Almeydanın meneceri kimlərləsə
danışıb. Ancaq kluba hər hansı bir müraciət edilməyib. Nə qədər ki, kluba rəsmi
müraciət daxil edilməyib, bu xəbərlər bizim üçün əhəmiyyət daşımır”.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |