Samir Abbasov: "Uşaqlar çox yükləndilər"
“Antalyada yaxşı məşqlər keçdik. Toplanışı qənaətbəxş hesab etmək olar”. Stadium.Az xəbər verir ki, bu sözləri “Sumqayıt”ın baş məşqçisi Samir Abasov deyib.
O, klubun saytına açıqlamasında komandasının Antalya toplanışını dəyərləndirib: “Hər 3 gündən bir yoxlama oyununa çıxdıq. 3 sınaq matçımız oldu. Antalyaya az oyunçu ilə gəlmişik. Ona görə də uşaqlar çox yükləndilər. Ancaq elə istədiyimiz də o idi ki, əsas heyət üzvləri daha çox güc sərf etsinlər. Yaxşı rəqiblərlə qarşılaşdıq. Deyə bilmərəm ki, futbolçulardan istədiklərimi tam aldım. Çatışmazlıqlarımız var. Onları da çempionat oyunlarında aradan qaldıracağıq. Oyunçu çatışmazlığımız da var. Təsəvvür edin ki, daima sol cinahda oynayan futbolçunu ortada oynamağa məcbur edirik. Bu da futbolçuya ağır gəlir. Biz də onu başa salmaq üçün həddindən çox hirslənirik. Futbolçularımız əllərindən gələni edirlər. Həqiqətən də çox ağır şəraitdə məşqlər edirik. Bəlkə də, yoxlama oyunlarında məğlub olmağımızın səbəbi yorğunluqdur. Çətin olanları yerinə yetirdik, ümid edirəm ki, bəhrəsini çempionatda görə biləcəyik".
“Sumqayıt” bu gün Antalya toplanışı başa vuraraq vətənə qayıdacaq.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |