Stadium.az © 2012-2024. Bütün hüquqları qorunur. Texniki dəstək: Netservice.az
Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməlidir.
Bəyanat: "Neftçinin oyunlarına xaricdən hakim təyin olunsun"
22.11.2011 | 6097 dəfə oxunub
Son Azərbaycan çempionu “Neftçi” bəyanat yayıb. Stadium.az bəyanatı olduğu kimi təqdim edir:
“Neftçi”nin Azərbaycan futbolunun inkişafında müstəsna rolu var. Klubumuzda son iki ildə görülən işlər göz qabağındadır. “Neftçi”nin prezidenti Sadıq Sadıqovun rəhbərliyi altında klubumuz 6 ildən sonra çempionatın bitməsinə üç tur qalmış çempionluğunu təmin edib. Klub prezidenti yerli məşqçi və futbolçuların inkişafının təmin olunması üçün hər cür şərait yaradıb.
“Neftçi”nin Azərbaycan futbolunun inkişafında müstəsna rolu var. Klubumuzda son iki ildə görülən işlər göz qabağındadır. “Neftçi”nin prezidenti Sadıq Sadıqovun rəhbərliyi altında klubumuz 6 ildən sonra çempionatın bitməsinə üç tur qalmış çempionluğunu təmin edib. Klub prezidenti yerli məşqçi və futbolçuların inkişafının təmin olunması üçün hər cür şərait yaradıb.
“Neftçi”nin uğurlarına baxmayaraq bəzi qüvvələr buna kölgə salmağa çalışırlar. Klubumuza qarşı ictimaiyyət arasında qərəzli məlumatlar yer alır. Buna misal olaraq, AFFA, PFL və Hakimlər Komitəsinin “Neftçi”yə keçirdiyi oyunlarda kömək etməsi bildirilir. Baxmayaraq ki, hakim səhvləri digər klubların iştirakı ilə keçirilən oyunlarda daha çox qeydə alınır. Ötən və 2011-2012-ci il futbol mövsümündə “Neftçi”yə qarşı hakim səhvləri daha çox qeydə alınıb. Premyer Liqanın 4-cü turunun 27.08.2011-ci il tarixdə keçirilmiş AZAL – “Neftçi” (3:1) oyununda rəqib qapısına penalti təyin edilməyib, 5-ci turun 11.09.2011-ci il tarixdə keçirilmiş “Xəzər Lənkəran” – “Neftçi” (1:0) və 10-cu turun 22.10.2011-ci il tarixdə keçirilmiş “Kəpəz” – “Neftçi” (1:1) oyunlarında hakim səhvlərinə görə komandamızın qolları hesaba alınmayıb və “Neftçi” vacib xallar itirib, 5-ci turun 23.09.2011-ci il tarixdə keçirilmiş “Neftçi” – “Bakı” oyununda isə “Neftçi”nin futbolçusu Flavinyoya qarşı cərimə meydançasında açıq-aşkar qəddarlıq edilsə də, hakim tərəfindən rəqibə qırmızı vərəqə göstərilməyib və penalti təyin olunmayıb. Biz “Neftçi” olaraq bunu qərəz kimi deyil, hakim səhvləri kimi qəbul etmişik. Bu oyunlarda hakim səhvləri bir o qədər də qabardılmasa da, “Neftçi”nin iştirakı ilə keçirilmiş görüşlərdə hakim səhvləri şişirdilib və haqsız iddialar irəli sürülüb.
Bildirmək istərdik ki, “Neftçi” öz strategiyası, taktikası və gücü hesabına oynayan bir komandadır. Bütün bu təzyiqlər “Neftçi”nin rəhbərliyinə, məşqçilərinə, futbolçularına və azarkeşlərinə çox mənfi təsir göstərməklə yanaşı, ümumi futbolun inkişafına zərbə vurur.
“Neftçi”yə qarşı süni və planlı şəkildə yaradılan mənfi imic təbliğatına qəti etirazımızı bildiririk. Məlum səbəblərə görə keçən mövsüm “Neftçi”nin oyunlarına xaricdən hakim təyin olunmasını istədiyimizi ictimaiyyətə bildirmişdik. Bu mövsüm 13 tur keçməsinə baxmayaraq “Neftçi”yə qarşı bütün təzyiqlərə son qoyulması üçün çıxış yolunu xaricdən hakim dəvət olunmasında görürük.
Bütün bunları nəzərə alaraq, “Neftçi”nin rəhbərliyi, məşqçilər korpusu və futbolçu heyəti israrla AFFA və PFL-dən xaricdən hakimlər briqadasının dəvət olunmasını və “Neftçi”nin keçirəcəyi Premyer Liqa və kubok oyunlarına təyin edilməsini xahiş edirik”.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Borussiya"dan Ceydon Sanço qərarı
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
01:23 "Fənərbaxça"da itki
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
17:52 "Qarabağ" - "Linkoln"
14:57 PSJ Verrattini satır
18.07.2023
17.07.2023
16.07.2023
12:37 PSJ yeni futbolçu aldı
15.07.2023
18:02 "Yuventus"dan "Latsio"ya
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |