"Qolumu yeni doğulan qızıma həsr edirəm"
Premyer Liqanın 22-ci turunda "Zirə"yə qalib gələn "Kəpəz"in yeganə qolunun müəllifi Juiel Ebah oldu. Stadium.az xəbər verir ki, kamerunlu hücumçu oyunla bağlı klubun saytına açıqlama verib:
“Digər oyunlar kimi bu matçımız da çətin alındı. Ötən tur qələbə qazanmağa yaxın olsaq da, son dəqiqələrdə buraxdığımız qolla 2 xal itirmişdik. Bu il çempionatda qələbə qazana bilmədiyimizdən üzərimizdə təzyiq vardı. Qələbəsiz çətin idi. Ona görə də "Zirə"yə qarşı görüşdə meydana ancaq 3 xal məqsədi ilə çıxmışdıq. Bunu da bacardıq. Bizim üçün əhəmiyyəti böyük olan oyunda qalib gəldik”.
Ebahın vurduğu qol özü üçün də əlamətdar olub. Belə ki, o, uzun müddət idi ki, fərqlənə bilmirdi:
“Qol vurmağımı normal qəbul edirəm. Fərqlənməyimdə təəccüblü bir şey yoxdu. Hücumçuyam, rəqib qapısına ən yaxın mövqedə oynayıram, odur ki, qol vurmaq mənim işimdi. Düzdü, mənim qolum oyunda yeganə olduğundan qalib gəlməyimiz üçün vacib rol oynadı. Ancaq bu təkcə mənim adıma yazılacaq iş deyil, bütün komandanın əməyidi. Hər matçda fərqlənməyə çalışıram, amma bir müddət idi ki, alınmırdı. Qolumu yeni doğulan qızıma həsr edirəm. Onun şərəfinə qol vurduğum üçün çox xoşbəxtəm”.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |