Nizami Hacıyev: "Məşqçi mənə heç nə deməmişdi"
"İnter"in yarımmüdafiəçisi Nizami Hacıyev klubun rəsmi saytına müsahibə verib. Stadium.az xəbər verir ki, o, "Qarabağ"a qarşı keçirilən görüş barədə danışıb və qarşıdakı AZAL-la oyun haqqında fikirlərini dilə gətirib:
- İlk öncə Premyer Liqanın son turunda "Qarabağ"a qarşı keçirilən görüş barədə fikirlərini öyrənmək istərdik...
- "Qarabağ" Azərbaycanın ən titullu klublarından biridir. Oyun çox çətin alındı. Qarşılaşma gərgin mübarizə şəraitində keçdi və zənnimcə, heç-heçəni layiqli nəticə kimi qələmə vermək olar. Düzdür, biz qələbəyə köklənmişdik, növbəti üç xalı qazanmaq istəyirdik. Bunun üçün əlimizdən qələni etdik, amma əfsuslar olsun ki, qələbə qazana bilmədik. Buna baxmayaraq, fikirimcə, heç-heçə də bizim üçün pis nəticə sayıla bilməz, ona görə ki, digər liderlər də xal itkisinə məruz qaldılar və bizdən uzaqlaşa bilmədilər.
- Oyun boyu, həm birinci, həm də ikinci hissədə sən müxtəlif məsafələrdən tez-tez qapıya zərbə endirirdin. Bu, məşqçinin tapşırığı idi, yoxsa?
- Yox, məşqçi mənə heç nə deməmişdi. Məndə, sadəcə, qol vurmaq hissi və istəyi var idi. Çox arzulayırdım ki, fərqlənim və komandamıza qələbə qazandırım, ən əsası da ona görə ki, qələbə bizi turnir cədvəlinin 1-ci pilləsinə yüksəldirdi. Məhz buna görə də tez-tez qapıya zərbə endirirdim.
- Oyundan sonra keçirilən mətbuat konfransında "İnter"in baş məşqçisi Kaxaber Tsxadadze bildirdi ki, komandanın bəzi futbolçularında soyuqqanlıq çatışmır. Bu fikirə sənin münasibətin necədir?
- Əgər baş məşqçi belə deyirsə, deməli, bu həqiqətən də çatışmayan cəhətlərimizdən biridir. Bəzi epizodlarda bizə soyuqqanlıq çatışmır. Qol epizodlarında daha soyuqqanlı olsaq, hər şey daha fərqli və bizim üçün daha yaxşı ola bilər.
- Sən artıq qeyd etmisən ki, qələbə "İnter"i turnir cədvəlinin 1-ci yerinə çıxarırdı, bununla belə, heç-heçə də komandamızın irəliləməsinə imkan verdi və artıq "İnter" "Neftçi" klubunu qabaqlıya bildi...
-Mən elə fikirləşirəm ki, bizim bugünə olan turnir vəziyyətimiz normaldır. Nəticələr əla olmasa belə, onları yaxşı adlandırmaq olar. İnşallah qarşıdakı görüşdə AZAL-ı məğlub edəcəyik və turnir cədvəlindəki mövqeyimizi daha da yaxşılaşdıraçağıq. Bildiyiniz kimi, AZAL-dan sonra bizi Lənkərana çətin səfər gözləyir. Mənim fikirimcə, biz qarşıdakı oyunda qələbə qazanmağı bacarsaq, o zaman "Xəzər-Lənkəran"a qarşı meydana daha rahat çıxa bilərik. Qələbə qazandıqdan sonra öz gücünə daha çox inanmağa başlayırsan və zənnimcə, bu amil bizə Lənkəranda keçiriləcək oyunda böyük köməklik göstərə bilər. Ona görə də biz AZAL-a mütləq qalib gəlməliyik.
- Dediyin kimi, növbəti rəqib-AZAL komandasıdır. Bu komandada bir az əvvəl məşqçi istefası baş verdi və bundan sonra onlar ardıcıl iki qələbə qazana bildilər. Qarşıdakı görüş və rəqib komanda barədə fikirlərini bilmək maraqlı olardı...
- Biz hər bir rəqibə hörtmətlə yanaşırıq, AZAL klubuna da həmçinin. Onların əvvəlki məşqçisi istefa verdikdən sonra bu klub ardıcıl iki qələbə qazanıb. Buna baxmayaraq, biz çalışacağıq ki, öz oyunumuzu göstərib avtivimizə növbəti üç xal yazaq. Rəqibin formada olub-olmaması bizi elə də maraqlandırmır. Hər oyuna qələbə ardınca çıxırıq və məqsədlərimiz dəyişməzdir.
- "Qarabağ"la oyundan əvvəl Azərbaycanın milli komandasının sıralarında iki görüş keçirmişdin. Belə sıx qrafikdə, yəni ki, bir həftə ərzində 3 dəfə meydana çıxmaq sənin üçün çətin olmadı?
- Deməzdim ki, çətin oldu. Futbolçu, sadəcə, özü hər oyuna hazırlaşmalıdır. Hər bir prosesi vaxtı-vaxtında eləyərək, belə qrafikdə oynamaq olar.
Axı İspaniyada və İngiltərədə klublar hər üç gündən bir meydana çıxır. Əgər məşqçi məni meydana buraxırsa, deməli, vəziyyətim və formam qənaətbəxşdir. Özüm də həmişə komandaya fayda verməyə çalışıram.
- Yeri gəlmişkən, bu sənin yığma komandada debüt oyunların idi. Yəqin ki, bu anı səbirsizliklə gözləmisən? Millidəki debüt təəssüratlarını bizimlə bölüşə bilərdin?
-Məni yığma komandaya çağırdılar və böyük məmnuniyyətlə bu təklifi qəbul etdim. Deyə bilərəm ki, milli komandada oynamaq mənim üçün böyük şərəfdir. Həm Albaniya, həm də "Union" klublarına qarşı keçirilən oyunlarda mən əlimdən gələni etməyə çalışdım ki, komandaya kömək edim. Bilirsiniz, yığmada oynayanda birinci planda ölkənin adı gedir və ona görə də futbolçu daha da istəkli və məsuliyyətli olur. Məni yenə yığmaya dəvət etsələr, yenə də canla-başla çalışaram ki, komanda üçün əlimdən gələn köməyi göstərim, ölkə bayrağının daha yüksəklərə ucadılmasına öz tövhəmi verim.
- Keçən mövsüm sənin üçün uğursuz alındı. Yayda "İnter"ə qayıtdın və mövsümdən əvvəlki təlim-məşq toplanışında əsasən formanı bərpa etməklə məşğul oldun. İndi necə, deyə bilərik ki, sən artıq formanın "pik nöqtəsində"sən?
- Deməzdim ki, "pik nöqtəyə" çıxmışam, amma məşqdən-məşqə və oyundan-oyuna özümdə artım hiss edirəm. Öz üzərimdə çox çalışıram və istəyirəm ki, öz oyunumla komandaya kömək edim. Mən hətta məşqlərdən sonra qalıb, öz səhvlərim üzərində işləyirəm. İnanıram ki, irəlliyən vaxtda daha yaxşı oyun sərgiləyə bilərəm.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |