Qurban Qurbanov: "Qızıl medal uğrunda iki komanda yarışır"
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan kubokunun yarımfinal mərhələsinin cavab görüşündə “Neftçi” ilə qolsuz bərabərə qaldıqları oyundan sonra mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Finala çıxdığımız üçün azarkeşləri və komandamı təbrik edirəm. Hələ ilk oyundan sonra demişdim ki, cavab görüşü daha çətin olacaq. Sona qədər heç birimizdə rahatlıq olmadı. “Neftçi” bəlkə də, ən yaxşı oyununu göstərdi. Topla çox gözəl davranırdılar. Bu cür oynamaqda davam etsələr, istənilən rəqibə qalib gəlmək gücündədilər. Bir az yorğunluq var. Bu da normaldı. Çox az vaxtımız qalıb. “Qəbələ” ilə vacib oyunumuz var. Çalışacam futbolçulara həmin görüş öncəsi bir az istirahət verim.
- Demək olarmı ki, qızıl medalların açarı “Qəbələ” ilə görüşdü?
- Belə düşünmürəm. Mövsümboyu bir neçə dəfə yerlər dəyişib. Komandaların
sayı azdı və görünən odu ki, qızıl medal uğrunda iki komanda yarışır. Bizim
üçün rahat oyun olmayıb. Qələbə qazandığımız matçlarda da gərginlik hiss
etmişik. Kənardan başqa cür görünə bilər. Çempionatın sonuna qədər gərginlik
davam edir. Məğlub olsaq, fərq 1-ə enəcək. Çalışacağıq ki, bu, baş verməsin.
Düşünmədiyimiz yerlərdə xallar itirmişik.
- “Qəbələ” ilə son vaxtlardakı oyunlarda söz-söhbətlər çox oldu. Bunu
nəzərə alıb, istərdinizmi ki, finalda “İnter”lə düşərdiniz?
- Biz istəməklə deyil. “Qəbələ” ilə ilk dəfə finalda üz-üzə gələcəyik. Bəzi
rəqiblər var ki, onlarla qarşılaşmaq istəmirsən. Onlardan biri də “Qəbələ”di.
Bu gün biz də finala çıxmaya bilərdik. Bir tərəfdən maraqlı olacaq. Amma çətin
keçəcək.
- Yığmanın oyunundan sonra Əfran İsmayılov çox tənqid olundu. Onun psixoloji durumu indi necədi?
- Normaldı. Hansısa oyundan sonra futbolçuları tənqid edirlər, tərifləyirlər. Əfranın təcrübəsi var. Tənqid olunmayan futbolçu yoxdu. Əfran bir az ruhdan düşmüşdü, yorğunluğu var idi. Amma hər şey normaldı.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |