"Neftçi"dən Elxan Abdullayevə dəstək bəyanatı
Elxan Abdullayevin rəhbərlik etdiyi məşqçilər korpusu ilə müqavilənin müddəti daha 1 il uzadılacaq.
Stadium.az xəbər verir ki, bu haqda “Neftçi”nin bugün yaydığı bəyanatda bildirilib.
Klubun saytının vasitəsi ilə yayılan açıqlamada bildirilir: “2016/2017-ci illər mövsümünün qış fasiləsində "Neftçi” PFK-nın heyətində köklü dəyişikliklər edildi. Komandanın çempionatın ikinci hissəsindəki çıxışı klub rəhbərliyi tərəfindən qənaətbəxş qiymətləndirilir. Bu səbəbdən cari mövsümün sonunda əsas komandanın məşqçilər korpusu ilə müqavilə müddəti daha 1 il uzadılacaq. "Neftçi” PFK olaraq əsas komandanın məşqçilər korpusunun fəaliyyətinə tam dəstək verir və onlara güvəndiyini bildirir”.
Bəyanatda həmçinin bildirilir ki, son günlər müəyyən qüvvələr tərəfindən ictimaiyyətdə yanlış fikir formalaşdırmaq cəhdləri aşkar hiss olunmaqdadır: “Bəzi KİV-də komandanın qələbə qazandığı oyunlara belə kölgə salacaq açıqlamalara rast gəlinir. Bununla belə biz aparıcı media qurumlarının fəaliyyətini müsbət qiymətləndirir və onların məsələlərə obyektiv yanaşacağına inanırıq.
Təəssüf ki, mediada ictimai rəyi yanlış yönləndirmək cəhdləri bəzi azarkeş qruplarının fəaliyyətində də sezilir. Komanda qələbə qazanarkən hər cür dəstəyə hazır olduqlarını bildirən bir qrup azarkeş ilk məğlubiyyətdə komanda üzvlərininin ünvanına təhqiramiz şüarlar səsləndirirlər. "Neftçi” PFK olaraq bəyan edirik ki, stadionlarda hər növ zorakılığa və təhqirə qarşıyıq. Bununla belə inanırıq ki, "Neftçi”nin sadiq azarkeşləri hər zaman komandanın yanındadırlar və sona kimi öz dəstəyini əsirgəməyəcəklər.
Bir daha bildiririk ki, bütün bu cəhdlər klubun bir məqsəd uğrunda daha sıx birləşməsinə səbəb olub. Bəyan edirik ki, klubun daxili müvazinətini pozmağa çalışan qüvvələrin cəhdləri uğursuzluqla nəticələnəcək”.
Dünən baş məşqçi Elxan Abdullayev “Forza Neftçi” azarkeş qrupunun üzvlərini “xuliqan” adlandırıb. Bu isə fanatların etirazına səbəb olub.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |