Slovakiya çempionatında XXIX tura "Trençin" - "Zilina" matçı ilə start verilib. Stadium.az xəbər verir ki, çempionluğu təmin etmiş "Zilina" klubu "Trençin"in qonağı olub.
Görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 2:1.
"Zilina"nın yeganə qolunu 21-ci dəqiqədə Azərbaycan yığmasının hücumçusu Ramil Şeydayev vurub. O, hesabı açsa da, komandası üstünlüyü əldən verib.
Ramil Şeydayev sonadək meydanda olub.