İslamiada: Uşu-sandada üç döyüşçümüz qızıl, üçü bürünc üçün döyüşəcək - YENİLƏNİB
Bakıda təşkil olunan IV İslam Həmrəyliyi oyunlarında ölkəmizi uşu-sanda millisi də təmsil edir. Stadium.Az xəbər verir ki, artıq bu yarışda mübarizəyə ötən gün start verilib. Mübarizə aparan 6 döyüşçümüzün hamısı ötən gün qalib gələrək adların yarımfinala yazdırıblar. Bu gün isə yarımfinal döyüşləri keçirilir.
48 kq
Təmsilçimiz Orxan Hətəmovun rəqibi qırğızıstanlı Sulmankul olub. Oyunun əsas hissəsində tərəflərdən hərə bir dəfə qalib olub. Bu səbəbdən də üçüncü hissə keçirilib. Təəssüf ki, Orxan bu döyüşdə məğlub olub. O, bürünc medal üçün döyüşəcək.
56 kq
Elçin Eminov da artıq yarımfinal döyüşünü keçirib. Eminov indoneziyalı rəqibini məğlub edərək finala vəsiqə qazanıb.
60 kq
Ruslan Pirəliyev isə Elçinin uğurunu təkrarlaya bilməyib. Ruslan iranlı rəqibinə məğlub olaraq bürünc medal uğrunda döyüşəcək.
65 kq
Bayram Şəmmədovun yarımfinaldakı rəqibi bu çəkidə favorit olan Ali Ay olub. İlk raundda Bayram rəqibindən üstün olub.
Bayram ikinci hissədə də qalib gələrək finala vəsiqə qazanıb.
70 kq
Vüqar Kərəmovun yarımfinaldakı rəqibi isə indoneziyalı döyüşçü olub. Vüqar ilk hissədə qalib gəlib. Vüqar ikinci hissədə də qalib gələrək finala yüksəlib.
75 kq
Pərviz Abdullayevin yarımfinaldakı rəqibi isə iranlı döyüşçü Yazdan Mirzəyi olub. İlk hissədə hakimlər qələbəni iranlı döyüşçüyə veriblər. İkinci hissədə də tam üstünlüklə qələbə qazanan iranlı döyüşçü finala vəsiqə qazanıb.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |