Stadium.az © 2012-2024. Bütün hüquqları qorunur. Texniki dəstək: Netservice.az
Saytdakı materiallardan istifadə zamanı istinad mənbəyi göstərilməlidir.
Ozobiç: "UEFA Avropa Liqasında yenidən qrup mərhələsinə düşməyi istəyirik"
20.06.2017 | 3447 dəfə oxunub
2017/18 mövsümünə Avstriyada hazırlaşan “Qəbələ” təlim-məşq toplanışını davam etdirir.
Stadium.Az xəbər verir ki, iyunun 7-də başlayan hazırlıq çərçivəsində 4 yoxlama oyunu keçirən “qırmızı-qaralar”ın xorvatiyalı yarımmüdafiəçisi Filip Ozobiç toplanış barədə fikirlərini klub açıqlayıb:
“Avstriya toplanışının böyük hissəsi arxada qalıb. Hazırlıq prosesi yaxşı keçir. Bütün futbolçular maksimum gücləri ilə məşq edir. Yeni mövsümün ilk rəsmi görüşlərinə ciddi və çox yaxşı hazırlaşırıq. Toplanış çərçivəsində 4 yoxlama oyununda qüvvəmizi sınadıq.
Hesab edirəm ki, Rusiya “Axmat”ı ilə qarşılaşmada çox yaxşı oynadıq. Həmin matçda bəxtimiz gətirmədi. Bolqarıstan MOİK-i və Avstriya “Vakker”i ilə birgə mübarizə apardığımız turnirə gəlincə, “Axmat”la qarşılaşmadan sonra cəmi iki gün vaxtımız olmuşdu.
Üstəlik bu müddətdə məşqləri də davam etdirmişdik. Bu üzdən turnir zamanı bir az yorğunluq özünü göstərdi. Yoxlama oyunlarının hər biri hazırlıq baxımından çox faydalıdır. Avstriyadakı son sınaqda “Ludoqorets”lə görüşəcəyik. Bolqarıstan təmsilçisi çox güclü komandadır. Belə rəqiblə qarşılaşma maraqlı olacaq”.
Ardıcıl 4-cü dəfə UEFA Avropa Liqasında çıxış edəcək “Qəbələ” yarışa II təsnifat mərhələsindən başlayacaq. Ozobiç bu mərhələnin püşkatmasını dəyərləndirib:
“UEFA Avropa Liqasında asan rəqib olmur. Burada bütün komandalar çətin rəqib sayılır. “Qəbələ” II təsnifat mərhələsinin oyunlarına çox yaxşı hazır olacaq. Rəqibimizin müəyyənləşəcəyi “Yagelloniya” – “Dinamo” cütündə üz-üzə gələcək komandalardan hansının mərhələ keçməsinin bizim üçün fərqi yoxdur. “Qəbələ” ancaq öz oyununu düşünməlidir. Biz yaxşı oyun nümayiş etdirib, bu mərhələni keçməliyik.
İlk oyunun harada keçirilməsinin də önəmi yoxdur. Bilirəm ki, “Yagelloniya” son turadək Polşa çempionu adı uğrunda mübarizə aparıb. Bu da onların necə yaxşı komanda olmasının göstəricisidir. Gürcüstan təmsilçisi barədə çox məlumatım yoxdur. Amma hər iki komanda haqda məlumat toplayacağıq.
Mövsümlərarası dövrdə heyətimizdə bir sıra dəyişikliklər gerçəkləşib. Amma futbolda belə olur. Bilirəm ki, azarkeşlərimiz yenə bizdən uğurlu çıxış gözləyir. Elə biz futbolçular da UEFA Avropa Liqasında yenidən qrup mərhələsinə düşməyi istəyirik. Bu hədəfə çatmaq üçün sonadək mübarizə aparacağıq”.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Borussiya"dan Ceydon Sanço qərarı
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
01:23 "Fənərbaxça"da itki
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
17:52 "Qarabağ" - "Linkoln"
14:57 PSJ Verrattini satır
18.07.2023
17.07.2023
16.07.2023
12:37 PSJ yeni futbolçu aldı
15.07.2023
18:02 "Yuventus"dan "Latsio"ya
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |