Cavid İmamverdiyev: “Başımızı aşağı salıb işimizi görəcəyik"
“Yeni komandaya qoşulduğum üçün çox şadam. “Sumqayıt” ötən il sübut etdi ki, elə-belə qurulmayıb”.
Stadium.Az xəbər verir ki, bu sözləri “Sumqayıt”ın yeni transferi Cavid İmamverdiyev klubun rəsmi televiziyasına açıqlamasında deyib.
“Kollektivin mehriban olduğunu kənardan da eşidirdim. Rail Məlikov, Vurğun Hüseynov – bunlar Azərbaycan futbolunda ad qoymuş oyunçulardır. Bilirəm ki, onlar olan yerdə gözəl kollektiv olur. Özüm də gəldim, bunun şahidi oldum. Klub rəhbərliyi, məşqçilər korpusu və futbolçular daxil olmaqla, gözəl kollektivimiz var. Bu kollektivə qoşulduğum üçün özümü xoşbəxt hiss edirəm. İnşallah,Allah bizi utandırmaz. Biz də özümüzü sübut edərik” - deyə o bildirib.
Bu ilin mayında "Neftçi"dən ayrılaraq "Sumqayıt"a transfer olunan C.İmamerdiyev yeni klubunda kollektivin ona dəstək olduğunu söyləyib:
“Hamısı azərbaycanlı futbolçulardır. Komandada legioner yoxdur. Çoxunu da tanıyıram. İnanmıram ki, çətinlik çəkəm. Kollektiv sağ olsun, mənə dəstək olurlar. Hansısa çətinliyim olacağını düşünmürəm”.
25 yaşlı yarımmüdafiəçi qarşılarına yüksək yerlər uğrunda mübarizə aparmaq hədəfi qoyduqlarını dilə gətirib: “Başımızı aşağı salıb işimizi görəcəyik, futbolumuzu oynayacağıq. Allah kərimdir. Komandaya yeni futbolçular qoşulub. Yəqin ki, onlar heyətə elə-belə cəlb olunmayıblar. Çalışacağıq ki, gözəl bir yerlərə gəlib çıxaq”.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |