Zaur Axundov: "Komandanın hardasa boşluq verəcəyindən qorxurduq" - MÜSAHİBƏ
Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyununda Serbiyanın "Mladost” klubuna qalib gələrək (2:0) növbəti mərhələyə yüksələn "İnter” klubunun Müşahidə Şurasının sədri Zaur Axundov oyundan sonra jurnalistlərin suallarını cavablandırıb:
- Bu gün komandadan qələbə gözləyirdiniz?
- Açığı, birinci oyunun nəticəsindən sonra komandanın hardasa boşluq verəcəyindən qorxurduq. Lakin komanda ilə söhbətimiz oldu və qol buraxmadan qalib gəldiyimiz üçün sevinirəm. Qol buraxmadan qalib gəlməklə növbəti mərhələyə vəsiqə qazandıq. Bunda görə, bütün futbol ictimayyətini təbrik edirəm.
- Bu oyuna qədər may ayının maaşları ödəniləməli idi...
- Fikrimizi oyuna yönəltmişdik. Komandada maaş problemi 95 faiz yoxdur. Maaşlar ödənilib.
- Futbolçuları sizi alqışladılar, deyəsən, mükafat söz vermişdiniz.
- Xeyr. Komandanı qələbə münasibəti ilə təbrik etdim. Dedim ki, vaxt azdı, qarşıda növbəti oyuna qədər 5 gün qalıb. Komandaya təşəkkür elədim.
- Klubun bazası ilə bağlı problem yaranıb. Bununla bağlı nə deyə bilərsiniz?,
- Bu bir az çətin məsələdir. Açığı, bizim üçün sürpriz oldu. Bunu gözləmirdik. "Aqrokredit” bankı bizimlə müqaviləni uzatmaq istəmədi. Mərdəkanda "Dalğa Arena” kimi gözəl stadion və təlim-məşq bazası var. Bu yaxınlarda yeni bazamıza – “Dalğa Arena”ya köçəcəyik.
- "İnter”in sponsoru "Səmayə” şirkəti olacaq?
- "Səmayə” şirkəti futzalda "Araz” komandasına da sponsorluq edir. Avropa Liqasında bu şirkətin loqosu ilə çıxış etdik. Lakin bu yalnız avrokubok üçündür. Ola bilər ki, çempionatda başqa sposnor olsun. Növbəti rəqibimiz Lüksemburq komandasıdır. Beş gün ərzində bu matça hazırlaşacağıq.
- Növbəti mərhələdəki rəqibin Moldova deyil, Lüksemburq təmsilçisi olması sizə təəccüblü gəlmədi?
- Artıq Avropada zəif komanda yoxdur. Rəqibin kimliyindən asılı olmayaraq oyuna ciddi hazırlaşacağıq.
- "Neftçi” ilə müqavilə bağlayan qapıçınız Səlahət Ağayevin aqibəti necə olacaq. Onun avqustun 1-dən "Neftçi"yə keçəcəyi deyilir.
- Dəstəyə görə "Neftçi”yə təşəkkür edirəm. Yəqin ki, hansısa mərhələyə qədər Səlahətin bizə kömək etməsi üçün onlardan xahiş edəcəyik.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |