"Zirə"nin rəqibi "Astra"da durum nə yerdədi?
Bildiyiniz kimi, ölkəmizi Avropa Liqasında təmsil edən "Zirə" klubu ikinci mərhələyə yüksəldi. Bu mərhələdə isə təmsilçimizin rəqibi Rumıniyanın "Astra" klubudur.
Bu rəqibi də keçə bilərikmi? "Astra"nın hazırkı durumuna nəzər salaq.
Rumıniyada "Zirə"yə yuxarıdan aşağı baxırlar. Əslində, onları qınamıram. Biz "Differdanj"a necə baxırdıqsa, eynisini də onlar edirlər.
Son günlərdə "Astra" bir neçə orta səviyyəli oyunçunu öz heyətinə qata bilib. Amma itirdikləri də olub.
Öncə qeyd etdiyim oyunçular komandanın özəyi idi. Amma bu, hələ harasıdı? Komandanın əsas heyət oyunçusu Seto Takayuki də məcburi komandadan gedib. O İcarə əsasında "Astra"da çıxış edirdi. Müqavilə ilə isə "Osmanlıspor"a məxsusdur. Bu yay Takayukini hətta "Dinamo", "Viitorul" və "Styaua" da almaq istəyirdi. Amma oyunçu öz seçimini "Astra"ya verdi. Türk klubu ilk öncə razılıq versə də, sonra fikrini dəyişib və oyunçunun transferi üçün böyük məbləğ tələb edib.
Gələn oyunçulardan Piotr Polczak (müdafiəçi), Eriko da Silva (yarımmüdafiəçi), Filip Mrzljak (yarımmüdafiəçi) və Anthoni Le Tallec (hücumçu) daha çox qeyd olunurlar. Da Silva və Mrzljak Rumıniya çempionatında oynayıblar və yerli futbola yaxşı bələddilər. Halbuki, məşqçinin sözlərinə görə formada deyillər. Ümumiyyətlə, məşqçiyə görə "Astra" Pleyaut komandasıdır (bizim ikinci altılıq kimi). O Avropa Liqasından çox da bir şey gözləmir, halbuki bizim klubu udmaq fikrindədilər.
"Astra"nı daha bir məqam sıxır: Artıq Rumıniya çempionatın təqvimi bəllidir və onlar Ciurcudakı oyundan 3 gün sonra öz meydanında Liqa 1-in debutantı, "Şepşi"ni qəbul edəcək. 4 gün sonra isə Bakıya uçacaq. Nəzərə alsaq ki, bu mövsümün başlanğıcıdır, bu tip ritm onları qane etmir. Bakıdakı oyundan 3-4 gün sonra yenə çempionat oyunu onları gözləyir. Bu dəfə onlar "Voluntari" ilə oyuna səfər edəcəklər. Belə çıxır ki, yayın bu istisində onlar 10-11 günə 4 oyun oynayacaqlar. Bu isə asan iş deyil.
Meydan demişkən, bir şey də yadıma düşdü. Adətən oranın qazonu bərbad vəziyyətdə olur. Sözsüz, bərbad deyəndə mən Gəncənin stadionu qədər demirəm. Avropa Liqasının qrup mərhələsində oynayanda, o stadionu UEFA-dan Elçin (Lisenziyalaşma şöbəsindən) yoxlayırdı. İlk dəfə "hə" desə(lər) də, sonra "yox" deyildi və onlar məcburi "Arena National"a köçdülər.
Şansları necə dəyərləndirirəm: Əgər "Zirə" oyununu artırmasa, hər şey acınacaqlı bitəcək. Yox, əgər meydanın hər tərəfində döyüşsələr, o zaman biz qalib gələcəyik. "Astra" sona qədər oynayan komandadır. Misal üçün "Dinamo" - "Astra" oyununun 85-ci dəqiqəsinə kimi buxarestlilər 2-0 öndəydilər və sonda "Astra" 2 qol vurdu, hesab 2-2 bitdi. Bu məqam rumınların çox döyüşkən olduğundan xəbər verir.
Abbas Zahidi
Rumıniyadan Stadium.Az üçün
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |