Zaur Svanafze: "Arxayınlaşmaqdan ehtiyatlanırıq"
Bakının "İnter" klubunun baş məşqçisi Zaur Svanadze Avropa Liqasının II təsnifat mərhələsində sabah "Fola” (Lüksemburq) ilə keçiriləcək oyun üçün təşkil edilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
- Oyun haqda nə düşünürsünüz?
- Oyuna ciddi hazırlaşırıq. Rəqibimiz Lüksemburq klubu olsa da, onları yaxşı analiz etmişik. Sabah yaxşı oyun sərgiləməyə çalışacağıq. Digər rəqiblərə qarşı necə hazırlaşırdıqsa, sabahki oyuna da elə hazırlaşmışıq. Zədəlilərimiz yoxdur, hamı özünü yaxşı hiss edir. Ümid edirəm ki, rahatlaşmayacağıq və sabahkı oyunda tam qüvvəmizlə oynayacağıq.
- "Fola” və "Differdanj” klubları arasında hansı fərqləri görürsünüz? "Fola”da daha çox diqqətçəkən məqam hansıdır?
- "Fola”nın bir neçə oyununa baxmışıq. Onlar çox hərəkət edirlər. "Fola”da cinah oyunçuları və mərkəz hücumçusu yaxşıdır. Pis komanda deyil. Yaxşı oynamalıyıq və sübut etməliyik ki, meydan sahibi kimdir.
- Oyunçularınızın "Mladost”u keçdikdən sonra rahatlaşacağından ehtiyat edirsiz?
- Güclü rəqibi keçəndən sonra zəif komanda ilə oynayanda hər zaman bu cür təhlükə var. Arxayınlaşmaqdan ehtiyatlanırıq. Amma oyunçularımız dərk edir ki, taleləri öz əllərindədir. Uğur qazanmaq komandanın yaşamasına müsbət təsir göstərəcək. Sabah layiqli və yaxşı oynamalıyıq.
- Deyilənə görə, klub bazanı tərk edir. "Mladost”u keçəndən sonra hər şey yaxşı olacağı halda, daha da pisləşib. Bu kollektivə necə təsir göstərir?
- Artıq üçüncü ildir ki, vəziyyət belədir. Bunlara baxmayaraq biz işimizə davam edirik. Biz artıq bu vəziyyətlərə öyrəşmişik.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |