Qurban Qurbanov: "O futbolçunu tanımıram" - MÜSAHİBƏ
"Qarabağ" Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyununda səfərdə Gürcüstanın "Samtredia" klubuna 0:1 hesabıyla qalib gəldi. Stadium.Az xəbər verir ki, oyundan sonra komandanın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb:
- Sizləri burda görməkdən şadam. Bilirdik ki, cavab oyunu çətin keçəcək. Baxmayarav ki, birinci oyunda 5 cavabsız qolla qalib gəlmişdik. Hava çox isti idi. Futbolçular üçün oynamaq çox çətin idi. Fuytbolçuların hərəkətindən razı qaldım. Onlar düzgün müdafiə olunmaq istəyirdilər. Nəticə üçün ən yaxşısını etməyə çalışırdılar. Rəqib də sona kimi xarakter göstərdi. Bu komanda yaxınlarda Gürcüstanın ən yaxşı oyun göstərən komandası olacaq.
- Nikaraqua millisinin hücumçunun "Qarabağ"a gələcəyi deyilir. Hətta ona 400 min dollar təklif edildiyi bildirilir...
- Bu futbolçu haqda heç bir məlumatım yoxdu.
- Dediz ki, "Samtredia"nın oyununu bəyəndiz. Hansını bəyəndiz, hansını öz komandanızda görmək istərdiz?
- Çox da uzun müddətdir bir yerdə deyillər. Amma oyun uslublarını bəyəndim. Açığı bu komandadan hansısa futbolçunu almaq kimi bir fikirimiz yoxdur. Onlara hörmətlə yanaşıram, istəklidirlər. Məğlub olmağı sevmirlər.
- "Kukesi", yoxsa "Şerif"?
- Bizim üçün fərqi yoxdur.
- Bu gün istədiyimiz "Qarabağ"ı meydanda görmədik. Bu hələ tam hazır olmamaqla bağlıdır, yoxsa ilk oyunda əldə edilən böyük hesablı qələbənin arxayınçılığı idi?
- Bizim zəif oyunlarımız olub. Ən zəif komandaya belə məğlub ola bilərik. Biz hələ kiçik addımlar atırıq. Ola bilsin ki, ilk oyunun təsiri var idi. Rəqib imkan verdiyi qədər hücum etdi. İndi mıən futbolçulardan istədiyimi tələb edə bilmərəm. Bunun üçün bir neçə oyun da keçirməliyik.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |