"Qəbələ" yeni müqavilə
2015-ci ildə “Qəbələ” İdman Klubu ilə “SARAR ” şirkəti arasında imzalanan iki illik geyim sponsorluğu müqaviləsi ötən müddət ərzində hər iki tərəf üçün uğurlu olduğu üçün anlaşmanın daha iki il müddətinə uzadılması qərarlaşdırılmışdır.
Stadium.az xəbər verir ki, əldə olunan razılaşdırmaya əsasən “Sarar” növbəti iki mövsüm ərzində “Qəbələ”nin futbolçu və texniki heyetinin yay və qış geyimləri ilə təmin edəcək. Əvəzində isə “Qəbələnin” ev oyunlarında “Sarar”ın reklam bannerləri yerləşdiriləcək.
“Sarar” şirkətinin Azərbaycan nümayəndəsi Məsut Dəmirtaş yeni müqavilə ilə bağlı bu fikriləri səsləndirdi : “Qəbələ” İK iki mövsümdür Avropada layiqli mübarizə aparır. Bu müddət ərzində özümüzü artıq bu uğurun bir parçası hesab edirik ki, bu da “Sarar” olaraq bizi son dərəcə məmnun edir. Ona görə də, əməkdaşlığımızın müddətini daha iki il artırmağa qərar verdik. İnanıram ki, klubla olan münasibətimiz daha uzun müddəti əhatə edəcək”. “Qəbələ” İdman Klubunun Media və Marketinq departamentinin rəhbəri Səməd Nəsibov isə əməkdaşlıqla bağlı fikirlərini bildirərkən: “İki qurum arasında sponsorluq razılığının əldə edilməsi hər zaman çox çətin və əmək tələb edən prosesdir. Ancaq bir sponsorluq əməkdaşlığını mövbəti mərhələyə keçirərək artırmaq daha çətindir. “Sarar” kimi qlobal bir brend ilə əməkdaşlığımızda bunu bacardığımız üçün çox sevincliyik.” - dedi. Xartırladaq ki, 1944-cü ildə fəaliyyətə başlayan "Sarar" şirkəti keyfiyyətli, dəbə və müxtəlif zövqlərə uyğun məhsulları ilə hazırda 5 qitədə və 51 ölkədə müştərilərinə xidmət göstərən qlobal brenddir. Təcrübəli və istedadlı dizaynerlərin işləri ilə kişi və qadın moda dünyasının istiqamətini müəyyənləşdirən və dəbə yön verən "Sarar" artıq bir çoxlarının əvəzolunmaz geyim markasına çevrilib.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |