Qurban Qurbanov: "Komandada həyəcan var" - MÜSAHİBƏ
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının pley-off mərhələsində sabah “Kopenhagen”lə keçiriləcək oyun üçün təşkil olunan mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Oyunöncəsi komandada vəziyyət nə yerdədir? Futbolçularda gərginlik var?
- Optimal formamızdan uzağıq. Çünki bəzi futbolçularda mikrozədələr var. Amma demək olar ki, hər şey qaydasındadır. Sadəcə, bəzi futbolçuların hazırlığı məni narahat edir. Bunun da müəyyən səbəbi var. Bu görüş tək bizim üçün yox, Azərbaycan futbolu üçün önəmlidir. Futbolçuların üzərinə getmək, onları gərginlikdə saxlamaq düz çıxmaz. Komandada həyəcan var. Amma həyəcan varsa, deməli, məsuliyyət də var. Oyunun mahiyyətini hamımız başa düşürük.
- Rəqibin oyununu canlı izləmək mümkün oldu?
- Bəzən rəqibin oyununu canlı izləməyə ehtiyac yoxdur. Hansı ölkənin komandası ilə oynayacağımız bəllidir. Daha çox videoyazılara baxmışıq, bizim üçün bunlar önəmlidir. Bunun sayəsində rəqib haqda məlumat toplamışıq.
- Bundan əvvəl də Skandinaviya klubları ilə qarşılaşmısız və yaxşı nəticələr qazanmısız. Rəqibin oyunlarını canlı izləməməyiniz arxayınlıqla bağlıdır?
- Arxayınlıqdan söhbət gedə bilməz. Sabah özünüz də görəcəksiz ki, rəqibin oyun sistemi heç vaxt pozulmur. Bu mənada, oraya getməməyimiz arxayınlıqla bağlı deyil. Danimarka klubları tam fərqlidir. Sıx qrafikimiz var. Ona görə bu dəfə belə qərar verdik.
- Donald Geryenin durumu nə yerdədir?
- Sağlamlığı yerindəir. Sabah həkimlərin fikrini bir daha öyrənəcəm. Bundan sonra qərarımı verəcəm.
- Avropa Liqasının qrup mərhələsini təmin etmisiz. Bu amil futbolçulara necə təsir edəcək?
- Hər turnirin öz yeri var. Biz sabah Çempionlar Liqasının matçına çıxacağıq və turnirin himni səslənəcək. Belə ağır oyunları çox keçirmişik. Çalışmışıq ki, məğlub olanda da meydanı üzüağ tərk edək.
- Dani Kintananın yenidən zədələnməsi planlarınızı nə dərəcədə pozdu?
- Təbii ki, əlimdə nə qədər çox futbolçu olsa, bir o qədər yaxşıdır. Ancaq Kintananın zədəsi çox ciddi deyil. Yəqin tam formasını bərpa etməsi üçün 1 ay vaxt lazım olacaq.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |