"Özümüz barədə xoş təəssürat yaratmaq istəyirik”
“Stemford Bridj”də “Çelsi”yə qarşı oyun zamanı diktorun stadionda adımı çəkməsini heç vaxt unutmayacağam. Etiraf edirəm ki, həmin vaxt həyəcanlandığımdan meydanda ağladım”.
Stadium.Az Haiti mətbuatına istinadən xəbər verir ki, bu sözləri “Qarabağ”ın yarımmüdafiəçisi Donald Gerye bildirib. Ölkəsinin mətbuatına danışan futbolçu qeyd edib ki,bu matçda iştirak etməklə Çempionlar Liqasında oynayan ilk haitili futbolçu olub.
Onun sözlərinə görə, “Qarabağ” istənilən komandaya layiqli müqavimət göstərməyə qadirdir: “Əgər biz nə vaxtsa “Real” və “Barselona” ilə oynamaq istəyiriksə, onda əvvəlcə “Çelsi”ylə oynamağı bacarmalıyıq. Böyük hesabla uduzsaq da, komandada əhval-ruhiyyə yüksək səviyyədə qalmaqdadır.
Biz bütün rəqiblərimizə hörmətlə yanaşırıq. Növbəti matçlarda uğur qazanmaq üçün öz oyunumuzu sərgiləməyə çalışacağıq. Biz qrupda daha yaxşı edərək özümüz barədə xoş təəssürat yaratmaq istəyirik”.
O, millisinin Yaponiya ilə yoxlama oyununa dəvət almasına da toxunub: “Bu matç digər beynəlxalq oyunlar kimi mənim üçün önəmlidir. Çünki Haitidəki aclığa, çoxlu problemə baxmayaraq, mən ölkəmi beynəlxalq arenada təmsil edə bilirəm. Hər dəfə milli qələbə qazananda bu, həmin insanlara az da olsa sevinc bəxş edir”.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |