Rufət Dadaşov Azərbaycan millisini arzulayır

26.10.2017 | 5282 dəfə oxunub

Almaniyanın Regional liqasının Şimal-Şərq divizionunda çıxış edən Berlin "Dinamo"sunun futbolçusu Rüfət Dadaşov yenidən Azərbaycan milli komandasına qayıtmaq istəyir. 

Bu barədə 26 yaşlı hücumçunun özü "Pressreader" nəşrinə açıqlamasında deyib.

On iki turdan sonra 11 qolla bombardirlər siyahısına başçılıq edən Dadaşov Berti Foqts baş məşqçi postunu tərk etdikdən sonra milliyə çağırılmadığını xatırladıb:

"Yığmada 2013-cü ildə debüt etmişdim. Əla hisslər idi. Foqts məni əvvəlcə təlim-məşq toplanışına çağırdı, sonra isə növbəti oyunda start heyətdə meydana buraxdı. İkinci oyunumda Qətərin qapısından bir, üçüncü matçımda isə Maltanın qapısından iki top keçirdim. Hər üç qolu yoldaşlıq görüşündə vurdum. Daha sonra Şimali İrlandiya ilə dünya çempionatının seçmə qrup oyununda fərqləndim".

Lakin Dadaşovun fikrincə, onun üçün əsas məqam İtaliya ilə 2016-cı il Avropa çempionatının seçmə qrup matçında Canluici Buffona qarşı oynaması olub: "Bu, inanılmaz hiss idi. Hər şey heç də televiziyaya baxdığın kimi deyildi. Oyundan sonra Buffondan formasını da almışdım".

"Dinamo"nun heyətində son 5 oyunda 8 top vuran forvardın aktivində ümumilikdə 11 qol var. O, komandasının qollarının 1/3 hissəsinin pay sahibi olub. Özünü klassik hücumçu sayan Dadaşov oktyabrın 27-də "Berliner"lə görüşdə qalib gəlmələrini və qələbədə pay sahibi olaraq, lider "Enerji" ilə xal fərqini endirmələrini hədəfləyib.

"Dinamo"nun baş məşqçisi Rene Ridleviç də ondan razılıq ifadə edib: "Rüfət bizim üçün vacib qollar vurub".

Hazırda Rüfət Dadaşovun kiçik qardaşı Renat Dadaşov Azərbaycan millisinə cəlb olunur. Gənc forvard yığmada sentyabrın 4-də San-Marino üzərində 5:1 hesablı qələbə qazandıqları 2018-ci il dünya çempionatının seçmə qrup matçında debüt edib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Самые прочитанные новости
Последние новости

24.09.2019

05.08.2019

24.12.2014

12.01.2013

11.01.2013

10.01.2013

09.01.2013

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail