Qriqorçuk "Qəbələ"dən ayrılır? "Latviyanı xatırlayanda əhvalım düzəlir"
“Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk Latviya yığmasının baş məşqçisi vəzifəsinə təyin olunma ehtimalını sportacentrs.com-a dəyərləndirib.
Stadium.Az xəbər verir ki, 53 yaşlı mütəxəssis təklif olacağı halda, bu barədə düşünəcəyini bildirib:
“Hazırda Latviya yığmasının sükanı arxasına keçmək barədə düşünmürəm. Hər şeydən əvvəl bunun üçün təklif almalıyam. Belə bir təklif isə yoxdur. Həmin vaxt konkret fikrim olar. İndi isə bunun üçün səbəb yoxdur. Latviyanı xatırlayanda əhvalım düzəlir. Bu ölkə ilə bağlı çox yaxşı xatirələrim var. Həmçinin, yaxınlarda yubileyi olan “Ventspils"i təbrik edirəm. Bu, xüsusi emosiyadır. Latviya mətbuatını oxumuram deyə, yazılanlardan xəbərsizəm. Marian Paxar ötən il yığmanın baş məşqçisi postundan gedən zaman Latviya Futbol Federasiyasının nümayəndələri mənə müraciət etmişdilər. Müəyyən danışıqlar olsa, bunu konkret adlandırmazdım”.
Qriqorçuk LFF-nin prezident postuna namizəd olan Kaspar Qorkşla münasibətlərindən də danışıb. Ukraynalı mütəxəssis 2006-cı ildə “Ventspils”də onun rəhbərliyi altında çıxış etmiş veteran futbolçu barədə xoş sözlər deyib: “Kasparla bağlı nəinki xoş xatirələrim var, həmçinin, bu cür güclü, mədəni, inkişaf edən və dərrakəli futbolçu ilə işlədiyim üçün ona minnətdaram. Onun namizədliyinin lehinəyəm. Çünki bu adamın böyük işlər görə biləcəyini bilirəm. Kaspar prezident seçilsə, ondan zəng gözləyəcəyəmmi? O, istənilən vaxt mənə zəng edə bilər. Onunla danışmağa şad olaram. Ehtiyac olsa, hər zaman ona kömək edərəm”.
LFF-nin İcraiyyə Komitəsinin aprelin 6-da keçirilmiş iclasında Aleksandr Starkovun istefaya göndərilməsində sonra Latviya yığmasının baş məşqçisi postuna namizədləri təqdim etmək üçün İşçi Qrup yaradıb.
Latviya millisi iyunun 9-da Riqada Azərbaycan yığması ilə yoldaşlıq oyunu keçirəcək.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |