"Qarabağ"dan bilet açıqlaması
"Artıq iki gündür bilet satışı başlayıb. Əvvəlki mövsümlərdən fərqli olaraq, şəhərin müxtəlif məntəqələrində azarkeşlərimiz biletləri əldə edə bilərlər. Qiymətlərdə də fərq yoxdur. Nömrəli sektorlar 1 -10 manat arasında dəyişir".
Stadium.Az xəbər verir ki, bu sözləri açıqlamasında "Qarabağ"ın mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov deyib. Ağdam təmsilçisi Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin "Olimpiya" ilə Bakıda keçiriləcək cavab oyunu üçün biletləri iyulun 11-dən etibarən satışa çıxarıb. Satış məntəqələri ilə bağlı məlumat verən klub rəsmisi bütün azarkeşləri "Qarabağ"a dəstək olmağa çağırıb:
"Hətta azarkeşlərimiz onlayn şəkildə də biletləri əldə edə bilərlər. Tofiq Bəhramov adına Respublika stadionundan, Park Bulvarda yerləşən fan-şopumuzdan və “iticket”-ə məxsus bütün kassalardan, eləcə də ASAN Xidmət məntəqələrindən də biletləri əldə etmək olar. Təbii ki, ilk oyundakı 1:0 hesablı qələbə yaxşı nəticə hesab edilsə də, amma bu turu keçmək mənasına gəlmir. Ona görə də, iyulun 18-i 21:00-da baş tutacaq qarşılaşmada azarkeşlərimizin dəstəyi mütləqdir. Hazırda isə təxminən 5 minə yaxın bilet satılıb. Bilet satışında olan rahatlığı nəzərə alaraq, oyun günü stadionda anşlaq yaşanacağını gözləyirik".
Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Qarabağ" - "Olimpiya" oyunu saat 21:00-da başlayacaq. Lyüblyanadakı ilk görüş təmsilçimizin 1:0 hesablı qələbəsi ilə yekunlaşmışdı. (qol.az)
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |