Qurban Qurbanov: "Həddindən artıq əziyyət çəkməliyik" - MÜSAHİBƏ
Sabah UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyunları keçiriləcək. Stadium.Az xəbər verir ki, ölkəmizi bu mərhələdə təmsil edən "Qarabağ" ilk oyunda 1:0 hesabıyla məğlub olduğu "Şerif"i qəbul edəcək. Oyundan bir gün öncə Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov mətbuat konfransı keçirərək jurnalistlərin suallarını cavablandırıb:
- Bu mərhələdə son oyunumuzdur. Qalib gəlib, yolumuza davam etmək istəyirik. Hər bir futbolçu meydanda ən yaxşısın etməyə çalışacaq. Düşünürəm ki, hər biri inamlı mübarizə aparacaq. Ciddi rəqibəq arşı oynayırıq. Çox yaxşı müdafiə olunurlar. Həddindən artıq əziyyət çəkməliyik. Soyuqqanlı olmalıyıq.
- Zubirin son durumu necədir?
- Zubirlə bağlı qərar sabah veriləcək. Əvvəlkinə nisbətən durumu yaxşıdı. Ola bilsin, hətta oyun saatı qərar verdik. Qol vurmaq lazımdı, bunun üçün topla daha düzgün oynamalıyıq.
- "Şerif"də əsas futbolçusu Yuri Kendş olmayacaq. Bu məqam sizin xeyrinizə olacaq?
- İnanmıram ki, onun itkisi oyunlarına mənfi təsir etsin. Onun mövqeyində oynayan futbolçu müdafiəyə daha da meyillidi.
- Komandada stress var?
- Komandada stress günü gündən çoxalır. Belə olan halda da nəticə verən komandaya qarşı daha ciddi yanışırlar. Bu səbəbdən də bizəçətin olur. Hər futbolçu üçün asan deyil, qarşılaşmada bütün elementlər barədə düşünsün. Rəqib də boş dayanmır, bizim gözləmədiyimiz hücumları qurur. Stress var, daha da çoxalacaq. Oyundan oyuna təzyiqlər çoxalır. Biz sabah ancaq qalib gəlməyi düşünürük.
- Oyuna 13 min bilet satılıb. Azarkeşlərə bir ismarıcınız varmı?
- Onlar bizi heç zaman tək buraxmayıblar. Sabaha 23 min olacağın düşünürəm.
- Millinin toplanışı başlayıb. Sabah orda iştirak etməyəcdizsə sabah üçün məşqləri saxlamaq olmazmı?
- Hər işin başlanğıcında fərqlilik olur. Mənim nəsə deməyim düzgün çıxmaz. Burda narahat olacağımız heç bir mqəam yoxdu.
- Filip Ozobiçyerli çempionatda daha yaxşı oynayır. Avrokuboklarda isə eləd eyil...
- Çempionatlar fərqlidir. Tək Ozobiçin yox, bəzi futbolçuların oyunlarında problemlər olur. Sabah da biz onun faydasın görəcəyik.
- Ola bilər ki, bilet satışının az olması polislərin azarkeşlərə qarşı haqsız davranışının nəticəsidir?
- Belə mqəamlar bütün ölkələrdə var. Buna cavab evrməyə çətinlik çəkirəm. Ancaq buna inanmıram. Hər zaman olub ki, oyun günü daha çox bilet satılıb. Hər yerdə polis-azarkeş mübahisəsi olur. İnanıram ki, sabah olmaz. Hamımız bir olmalıyıq. Gərək polislərimiz azarkeşlərə güzəşt etsin.
- Rəşadın səhvi daha çox müzakirə olunsa da, digər futbolçular tənqid olunmur. Sabah müdafiədə dəyişiklik olacaq?
- Sabah dəyişiklik olacaq. Daha yaxşı oyun göstərəcəklər. Bu fikirlər hər zaman var. Biz beləşeylərdən uzaq olmalıyıq. İnsan məığlub olanda belə fikirlər çoxalır. Bu komandanın uğurunda böyük paylardan biri Rəşadın üzərinə düşür. Heç bir futbolçunun səhvi Rəşadın kölgəsində qalmır. Hər il belə səhvlər olur.
- Araz Abdullayev yenidən komandanın düşərgəsindədir. Komandaya gələ bilər?
- Arazın bir neçə klubla müqaviləsi, problemi var. Dünəndən biz də maraqlanmağa başlamışıq. Müqaviləsi olan klublardan müsbət cavab ala bilsək, danışıqlara başlaya bilərik.
- Sabah "Qarabağ" nə ilə fərqlənəcək?
- Yaxşı nəticə vermək üçün səfərdəkindən daha yaxşı oynamalı və aqressiv oynamalıyıq. Heç bir komandaya qarşı oynamaq asand eyil. Hər komandanın öz düşüncəsi var. Futbolda düşünmədiyimiz komandalar uğurlu nəticəəldə edir.
- Sabah Yakub oynayacaq, yoxsa Rəşad?
- İnşAllah Rəşad oyanayacaq.
- Sabahkı oyunun nəticəsininin millinin oyunlarına təsiri olacaqmı?
- İnandırıcı deyil. Tam fərqli komandalar və turnirlərdir. Hər bir nəticədə hansısa çatışmazlıq ola bilməz. Hər komandanın öz məsuliyyəti var.
- Emeqara digər oyunlarda daha çox geriyə qayıdırdı. "Neftçi" oyunu istisna olmaqla...
- Bunu açıqlamaq düzgün olmaz. Elə bir futbolçu yoxdur ki, 90 dəqiqə ərzində mənim tapşırığımı tam olaraq yerinə yetirsin. İnşAllah sabah daha çox hücumda olmalıyıq.
- Sabah ilk dəqiqlərdən irəli atılacaq, yoxsa öz oyununuzu göstərib, lazımı məqamı gözləyəcəksiz?
- Biz topa sahib olub, daha tez oynamağa çalışacağıq. Biz bütün oyunlarda da topöu özümüzdə saxlamaqla qol vurmuruq. Elə "Neftçi"ylə oyun buna nümunədir. Topa sahib olmaqla təkcə oynamaq yox, düzgün yararlanmaq lazımdı. Bizim oyunumuzda düşüncəmizdə topla yavaş rəfdar edib, tempi aşağı salmaq yoxdur.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |