Qara Qarayev: "Oyundan öncə məni bu matça kökləyən bir amil vardı"
“BATE ilə matçda hardasa rahatlıq ola bilərdi ki, məğlub olsaq belə, növbəti matç var. Amma bu oyun artıq son şans idi. Bütün gücümüzü ortaya qoyduq. İtirəcək heç nəyimiz yox idi. Düşünürəm ki, layiqli, “Qarabağ”ın adına yaraşan qələbə oldu. “Qarabağ”ın hər il Avrokubokların qruplarında mübarizə aparması ölkə futboluna, idmanına, Azərbaycan millətinə, bayrağına bir dəstəkdir. Şükürlər olsun ki, bu uğuru qazandıq. Artıq beş ildir ki, qrup mərhələsinə yüksəlirik”.
Stadium.Az xəbər verir ki, bu sözləri “Qarabağ”ın yarımmüdafiəçisi Qara Qarayev Avropa Liqasının pley-off mərhələsinin cavab oyunu çərçivəsində keçirilən "Qarabağ" - "Şerif" matçından (3:0) sonra jurnalistlərə açıqlamasında deyib.
25 yaşlı yarımmüdafiəçi pley-off matçında azarkeşlərin azlığından narazılığını bildirib:
“Oyundan öncə məni bu matça kökləyən bir amil vardı. Bu amili çox pis vurğulamaq istəyirəm. Çünki heç gözləmədiyim bir şeydi. Oyundan öncə “Qarabağ”ın həlledici oyununa 13-14 min bilet satıldı” xəbərini oxuyanda, and olsun Allaha oyuna daha çox motivasiya oldum. Həqiqətən də bizi dəstəkləyən azarkeşlər var, dəstəkləməyən də var. Uğur olanda yanımızda olan azarkeşlərimiz var. Amma düşünürəm ki, azarkeşə “Qarabağ”ın adına görə nə vaxt uğur qazandı və ya qazanmadı fərq etməməlidi.
Bu komandanın bir ordusu, sevənləri olmalıdır. Necə ki, bu gün stadionda bizə dəstək oldular. Matça gələ bilməyənlə də ekran qarşısında dəstək oldular. Bizim çox vacib pley-off oyunlarımıza əvvəllər bilet tapmaq çətin olurdu. Amma indi baxırsan ki, tribunada boş yerlər var. Mən fərdi olaraq danışıram. Oyuna köklənməyimə səbəb olan əsas amillərdən biri bu idi. “Qarabağ” azarkeşləri uğura öyrəşsə də, Avroliqa Çempionlar Liqasında sonra ən nüfuzlu klub turniridir. Biz bir vaxtlar Çempionlar Liqasının qrup mərhələsinə adlamağı arzulayırdıq. Həlledici oyunumuzda bu qədər azarkeşin bizdən imtina etməsi, nə bilim, düşünürəm, onlar artıq bizim azarkeşimiz deyil. Biz uğur qazananda yanımızda olurlar”.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |