"Qarabağ"ın bu mövsümkü qazancı məlum oldu
"Qarabağ" Avropa Liqasının qrup mərhələsində "Arsenal", "Sportinq" və "Vorskla" klubları ilə birgə E qrupunda çıxış edəcək.
Stadium.az xəbər verir ki, ağdamlıların bu mövsüm UEFA-dan qazancı bəlli olub. "Qarabağ" Çempionlar Liqasında I mərhələdən 280 min, II mərhələdən 380 min və III mərhələdə iştirak üçün 480 min avro qazanıb (1 milyon 140 min avro).
Çempionlar Liqasının III təsnifat mərhələsində BATE-yə uduzaraq, mübarizəni dayandıran "Qarabağ" Avropa Liqasının pley-off mərhələsində mübarizəyə davam dedi. Burada "Şerif" səddini aşan Ağdam klubu büdcəsini 2,62 milyon avro ilə zənginləşdirib.
Beləliklə, "Qarabağ" avrokuboklarda bu mövsüm qrup mərhələsinə kimi 3,76 milyon avro qazanc götürüb. "Qarabağ" Avropa Liqasında büdcəsini daha da zənginləşdirə bilər.
Avropa Liqasının qrup mərhələsində qələbəyə 570 min, heç-heçəyə isə 190 min avro mükafat verilir. Qrupun qalibi 1 milyon, ikincisi isə 500 min avro mükafat alır.
Qrupda qələbə üçün – 570 min avro
Heç-heçə üçün – 190 min avro
Qrupun qalibi üçün – 1 milyon avro
Qrup ikincisi üçün – 500 min avro
1/16 finalda iştirak üçün – 500 min avro
1/8 finalda iştirak üçün – 1,1 milyon avro
1/4 finalda iştirak üçün – 1,5 milyon avro
1/2 finalda iştirak üçün – 2,4 milyon avro
Finalda iştirak üçün – 4,5 milyon avro
Finalın qalib əlavə 4 milyon avro qazanacaq.
Avropa Liqasının finalı gələn il mayın 29-da Bakı Olimpiya Stadionunda baş tutacaq.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |