Elxan Məmmədov: "Bu məsələ FİFA və UEFA ilə məsləhətləşdirilib"
“Bu müzakirə çoxdan gedirdi. İcraiyyə Komitəsinin iclasında qərar rəsmiləşdi. Komitəyə avstriyalı sədr təyin olundu".
Stadium.Az xəbər verir ki, bunu AFFA-nın baş katibi Elxan Məmmədov qurumun İcraiyyə Komitəsinin iclasından sonra təşkil olunan brifinqdə deyib. Baş katib Hakimlər və Hakim-İnspektorlar Komitəsinin sədri Frits Stuxlikin çox təcrübəli mütəxəssis kimi dəyərləndirib: "Stuxlik uzun müddət FİFA və UEFA Hakimlər Komitəsində çalışıb".
Elxan Məmmədov hakimliklə bağlı yeni strategiyanın tətbiq olunduğunu sözlərinə əlavə edib: "Bu məsələ FİFA və UEFA ilə məsləhətləşdirilib. Stuxlik iclasda öz strategiyasını təqdim etdi. Bizim üçün gələcəkdə daha yaxşı hakimlərin olması vacibdir. Çünki bizim dünyaca məşhur hakimlərimiz olub. 1966-cı il dünya çempionatında Tofiq Bəhramov vacib və doğru qərar qəbul edib. Bizə növbəti illərdə vacib oyunları idarə edəcək hakimlərin yetişdirilməsi vacibdir. Bu məqsədlə master-klasslar ola bilər. Bizə lazımdır ki, hakimlərimiz gələcəkdə böyük yarışlarda Azərbaycanı təmsil etsinlər. AFFA konvensiya üzvüdür. Əliyar Ağayev neçə ildir birinci kateqoriyaya yüksəlsə də, digərləri üçüncü kateqoriyalıdır. İstərdik ki, daha yüksək səviyyəli hakimlərimiz çox olsun".
Baş katib komitə üzvlərinin hələlik müəyyənləşmədiyini bildirib: "Növbəti iki həftə ərzində namizədlərlə görüşlər keçirəcək və növbəti İcraiyyə Komitəsində üzvlər təsdiqlənəcək".
Baş katib yeni sədrin maaşı barədə danışmağın qeyri-etik olduğunu bildirib və əvvəlki komitə sədrlərinə minnətdarlıq edib. "Onlar da çox iş görüblər. Çalışacağıq ki, gələcəkdə keçmiş sədrlər də cəlb olunsunlar. Amma yeni komitə tam müstəqil fəaliyyət göstərəcək".
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |