Bordin: "Komandanın qələbəsidir"
"Komandamı təbrik edirəm. Böyük kluba qarşı oynadıq və sona qədər mübarizə apardıq”. Bu sözlər “Neftçi”nin baş məşqçisi Roberto Bordinə məxsusdu.
Premyer Liqanın IX turunda öz meydanında “Qarabağ” üzərində qələbə qazanan (3:1) paytaxt təmsilçisi liderliyini möhkəmlədib. Oyunsonrası mətbuat konfransında italiyalı mütəxəssisin qələbə şərhi belə olub: “Birinci hissədə yaxşı hücumlar etdik və qol vurmağa nail olduq. Bundan sonra futbolçularda özünəinam daha da artdı. Çətin oyun oldu. İndi qələbəni qeyd edirik, uşaqlara afərin”.
– “Neftçi”nin bu mövsüm azarkeşləri bu qədər sevindirən qələbəsi olub. Bu, avrokubok görüşündə olmuşdu. Həmin görüşdən sonra komanda eyforiyaya qapılmışdı. Yenidən eyni halın təkrarlanmaması üçün komanda dərs alıbmı?
– “Uypeşt”lə görüşü unutmuşuq, iki ay əvvəlki matça dönməyimiz absurd olar. Avrokubokda iki görüş olmuşdu. Çempionatda isə tam fərqli mübarizədi. Futbolda hər cür nəticə olur. Əsas odu ki, sona qədər mübarizə aparasan. Bu gün də çox gözəl nəticəyə nail olduq. Düşünürəm ki, qələbəyə layiq idik. Yolumuz uzundu, kiçik bir addım atdıq. Hansı ki, bu, çox önəmli addım idi. Əsas odu ki, bu yolda davam edək.
– 3 mərkəz müdafiəçisi ilə oynamağınız rəqiblə əlaqədar idi, yoxsa yeni sistemdi?
– Rəqibin cinahdan ortaya doğru sıxlaşdığını gördük. Bunu avrokubok matçlarında görmüşdük. Bu üzdən belə sistemə üstünlük verdik. Rəqibə ortada oyun qurmağa icazə verdik ki, əks-hücumdan qol vuraq.
– Nəhayət ki, Qurban Qurbanov üzərində qələbə qazandınız. Bu qalibiyyətin şəxsən sizin üçün nə dərəcədə önəmi var?
– Bu, təkcə mənim yox, komandanın qələbəsidi. Əsas odu ki, yaxşı oyun göstərib, 3 xal qazandıq. “Qarabağ”la çox qarşılaşmışıq. Avrokubokda da onlara rəqib olmuşam. Əsas odu ki, qələbə qazandıq.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |