Nazim Süleymanov: "Məğlubiyyətlər səhətimdə problemlər yaradırdı"
"Komanda 11 oyuna 5 qırmızı vərəqə aldı. Səhətimlə bağlı rəhbərliyə müraciət etdim. Məğlubiyyətlər və bu kimi hallar məni əsəbiləşdirir, səhhətimdə problemlər yaranırdı".
Stadium.Az xəbər verir ki, bunu "Report"a açıqlamasında "Sumqayıt" klubu ilə yollarını ayıran Nazim Süleymanov deyib. 53 yaşlı mütəxəssis "gənclik şəhəri" təmsilçisindəki fəaliyyəti dövründə futbolçuların çoxlu qırmızı vərəqə almalarına diqqət çəkib:
"11 oyuna 5 qırmızı vərəqə aldıq. Bu qədər qırmızı vərəqə həddindən artıq çoxdur. Dözə bilmədiyim üçün rəhbərliyə müraciət etdim. Ayrı bir baş məşqçinin gəlməsi komanda üçün yaxşı olar. Ümidvaram ki, bu addımım komandaya xeyir verəcək".
Süleymanov komandanın futbolçuları ilə münasibətinin yaxşı olmaması ilə bağlı yayılan iddiaları təkzib edib: "Belə məlumatlar düzgün deyil. Çempionatın əvvəlində yaxşı çıxış edirdik. Necə oldu ki, qələbə qazananda yaxşı idi, uduzanda pis? Bütün xırdalıqları rəhbərliklə danışdım. Bu gün toplantı oldu. Özüm yaxınlaşıb dedim ki, səhhətimlə bağlı ayrılmaq istəyirəm. Bu, komandanın xeyrinə olacaq. Bir az istirahət etmək istəyirəm. Ondan sonra gələcək karyeramla bağlı qərar verəcəyəm".
Qeyd edək ki, Nazim Süleymanov "Sumqayıt"a mövsümün əvvəlindən rəhbərlik edirdi.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |