Stadium.az xəbər verir ki, yoldaşlıq oyununda Azərbaycan futbol veteranları vaxtilə Vəli Qasımovla müxtəlif ölkələrdə və klublarda çiyin-çiyinə çıxış etmiş əcnəbi veteran futbolçularla üz-üzə gələcək.
Yerli veteranlar komandasının baş məşqçisi Kazbek Tuayev, əcnəbilərdən ibarət komandanın çalışdırıcısı isə Valeri Qazzayev olacaq.
Qarşılaşma noyabrın 15-də, saat 17:00-da Bayıl stadionunda keçiriləcək.